Şirkət tərəfindən təmin edilən nəqliyyat vasitəsi ilə marşrut xəttini düzgün tərtib etmək, malların vaxtında çatdırılmasını təşkil etmək üçün müəyyən bacarığa sahib olmaq;
Malların təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək;
Yükə aid olan sənədlərin zamanında toplanmasını, müştərilər tərəfindən imzalanmasını və audit şöbəsinə təhvil verilməsini təmin etmək;
İstifadə etdiyi nəqliyyat vasitəsini yol hərəkəti qaydalarına uyğun qaydada düzgün, o cümlədən səliqəli istismar etmək;
Yük maşınını nəzarətsiz qoymamaq və ehtiyac yaranarsa, avtomobilin təhlükəsizliyi təmin ediləcək dayanacaqlarda saxlamaq;
Nəqliyyat vasitəsinin təmizliyinə, texniki baxışına daimi nəzarət etmək.
Xüsusi tələblər
Sürücülük vəsiqəsi (BC kateqoriyası, mexaniki sürət qutusu və yük avtomobilini idarə edə bilən);
Orta və ya Ali təhsil;
Şəhəri yaxşı tanımalı;
Sürücülük üzrə ən azı 1 il və daha çox iş təcrübəsi;
İşində dəqiq və məsuliyyətli olmalı;
Yol hərəkəti qaydalarını yaxşı bilməli və riayət etməli.