Sistem və şəbəkə inzibatçılığı sektoruna aid texniki tapşırıqların hazırlamaqda iştirak etmək;
Sistem və şəbəkə inzibatçılığı sektoruna aid dokumentasiya və prosedurların yazılmasında ishtirak;
Elektron informasiya sistemlərinin və elektron informasiya ehtiyatlarının kənar müdaxilələrdən qorunması ilə bağlı qarşılıqlı fəaliyyətdə iştirak etmək;
Mövcudsistem xarakterli avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmaqda iştirak etmək;
Mövcud sistem xarakterli avadanlıqların quraşdırması, tənzimləməsi və yenilənməsi proceslərində iştirak etmək;
Server, saxlanc, virtual mühit, əməliyyat sistemlərinin və server proqram təminatlarının işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, monitoringi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və görülməsi, səmərəliliyinin arıtılmasında iştirak etmək;
Elektron məktub xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, sazlanması və dayanmalar meydana çıxdıqda aradan qaldırılmasında iştirak etmək;
Ehtiyat nüsxələrə nəzarət, zəruriyyət olduqda onların bərpası;
Müxtəlif İKT sistemlərdə icazələrin verilmesi, alınması, dəyişdirilməsi;
Müxtəlif İKT sistemlərdə istifadəçilərin yaradılması, pozulması, dəyişdirilməsi;
Sistem və şəbəkə inzibatçılığı sektoruna aid dokumentasiyani daim aktual saxlanılması, habelə mühüm dəyişikliklərin sənədləşdirməsi;
Təhlükəsizlik yenilənmələrin və antivirus program təminatın serverlərdə və istifadəçi kompüterlərdə olmasına habelə düzgün işləməsinə nəzarət;
Sistem və şəbəkə inzibatçılığı sektoruna aid inkişafı istiqamətində təkliflər vermək;
Elektron informasiya sistemlərinin yaradılması, təkmilləşdirilməsi, daim aktual saxlanması və dəstəklənməsi üçün tədbirlər görmək;
Elektron sistemlərdən təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;
Server və istifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması istiqamətində fəaliyyət göstərmək;
Rəqəmsal telefon sisteminin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, istifadəçilərin mobil və beynəlxalq zənglərə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərmək.
Xüsusi tələblər
Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (texniki), Rus dili isə arzuolunandır;
MS Office proqramlarında işləmə bacarığı tələb olunur;
Windows Server 2012-2022 (GPO, DNS, DHCP, AD, WSUS, RADIUS, LAPS və s.) üzrə administrator səviyyəsində dərin biliklər;
Linux Servers (Ubuntu, CentOS etc.) – üzrə administrator səviyyəsində biliklər;
Hypervisor (ESXi, VCSA)– üzrə administrator səviyyəsində dərin biliklər;
Veeam Backup & Replication/Nakivo üzrə dərin biliklər;
Mail serverləri ilə iş təcrübəsi – Kerio/Exchange;
Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik, problem həlletmə bacarıqları.
Ali təhsil (İnformasiya Texnologiyaları sahəsində təhsil arzuolunandır);