Statik avadanlıqlar üzrə böyük mühəndis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
  • İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək.İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunması. İş bitdikdən sonra iş yerinin və alətlərin təmiz saxlanması, ətraf mühitin çirklənməsinin qarşısının alınması, iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “rəhbərinə”ə xəbər verməsini təmin etmək;
  • Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • SAP sistemi üzərindən günlük, həftəlik, cari, əsaslı təmir bərpa sınaq-sazlama işlərini təşkil edilməsinə nəzarət etmək;
  • SAP sistemi üzərindən yeni iş bildirişinin yaradılmasına, iş sifarişlərinin yoxlanılmasına və lazımi tədbirlərin görülməsinə nəzarət edilməsi;
  • Ehtiyat hissələrin müəyyən edilməsinə və sifarişinin SAP sistemi üzərindən izlənilməsinə nəzarət edilməsi;
  • Bölmənin illik işçi ehtiyacının müəyyən edilməsi;
  • Statik avadanlıqların təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatların hazırlanması;
  • Statik avadanlıqlar üzrə təmiri bölməsinin illik xərclərin büdcəyə uyğunluğunun hazırlanması və izlənilməsi;
  • Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işlərin daimi izlənilməsi, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat hazırlamaq;
  • Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə: mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələrin verilməsi;
  • Podratçı şirkətin statik avadanlıqlara görəcəyi təmir işləri ilə bağlı işlərinin düzgün yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Qəza duruşlarında statik avadanlıqların nasazlıqlarının müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılmasına nəzarət edilməsi.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Ali təhsilli (Mexanika mühəndisliyi);
  • Mexaniki sxemlərin və P&ID oxunması;
  • Kalonların, siyirtmələrin, qoruyucu klapanların, buxar tutucularının, müxtəlif növ istilik dəyişdiricilərin, tutumların təftiş və təmir bacarığının olması;
  • İxtisasa uyğun olan diplom, beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertfikatlar.

Oxşar vakansiyalar

 
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax, Şabran, Ağdaş

  • 400 - 800 AZN

Premium
 
  • Masallı

  • 800 - 1000 AZN

Premium
 
  • Masallı

  • 1000 - 2000 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız