Maliyyə işləri üzrə baş mütəxəssis

Bakı

Daşkəsən Dəmir Filiz MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək;
  • Balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
  • Xarici qurumlara rüblük hesabatlar göndərmək və göstəricilər üzrə izahlar vermək;
  • Xərclər üzrə Cəmiyyət daxili şöbələrlə müzakirələr aparmaq və smeta göstəricilərinə əsasən qərarları formallaşdırmaq;
  • Mühasibat uçotu və hesabatı işlərini düzgün və Beynəlxalq Maliyyə Uçotu Standartlarının (İFRS) tələblərinə uyğun təşkil etmək
  • Cəmiyyətin maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanmasını təmin etmək;
  • Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatını təmin etmək;
  • Biznes planlarının tərtibatı üçün materialları hazırlamaq;
  • Cəmiyyətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını təhlil edərək rəhbərinə təqdim etmək;
  • Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının təmini və koordinasiyasının təmin edilməsi;
  • Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlil edilməsi;
  • Büdcənin icrasına mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərinə təqdim olunması;
  • Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi, büdcəyə düzəlişlərin həyata keçirilməsi;
  • Büdcə xərclərinin səmərəliliyinin təhlilini aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi;
  • Şirkətin daxili normativ sənədləri ilə müəyyən olunmuş müddətlərdə ilin hər rübü üzrə büdcənin icra vəziyyətini təhlil etməklə növbəti dövrlərin büdcələrinə düzəlişlər etmək üçün təkliflər verilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi;
  • Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
  • Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
  • Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
  • Ezamiyyə imkanları (zəruri hallarda);
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) ;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73.

Xüsusi tələblər

  • Maliyyə ixtisası üzrə ali təhsil; 
  • Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;
  • ACCA F3 və F7 sertikatların olması vacib, F2,F5,F9 sertifikatlarının olması üstünlükdür;
  • CIMA, CFA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar olması arzuolunandır;
  • Analitik təhlil,strateji düşünmə, statistik və riyazi biliklər;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili və İngilis dili bilikləri; Rus dili biliyi arzuolunandır;
  •  Microsoft Office proqramları(xüsusilə - Excell).
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax, Şabran, Ağdaş

  • 400 - 800 AZN

Premium
 
  • Masallı

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
 
  • Masallı

  • 1000 - 2000 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız