Kibertəhlükəsizlik üzrə mühəndis/ Kibertəhlükəsizlik Şöbəsi / Telekommunikasiya və Korporativ Təhlükəsizliyi Əməliyyatları bölümü

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin kibertəhlükəsizlik dayanıqlığı və arxitekturasının təkmilləşdirilməsində işlərin aparılması
  • Şirkətin kibertəhlükəsizlik strategiyasının təkmilləşdirilməsinə dəstək
  • Kibertəhlükəsizlik komandasını fərqli layihələrdə kordinasiya və rəhbərlik edə bilmək
  • İnsidentin aradan qaldırılmasında birbaşa iştirak etmək və daha dərin araşdırmaq
  • İnsidentin təsirini azaltmaq üçün müvafiq qruplarla koordinasiya edərək, təhlükəsizlikpozuntularını araşdırıb cavab vermək
  • Müxtəlif kibertəhlükəsizlik və IT alətlərin sıfırdan qurulması və sazlanması
  • Kibertəhlükəsizlik alətlərində tənzimləmə işlərinin aparılması
  • Şirkət qaydaları və ehtiyacları ilə uyğunluğu tam təmin etmək üçün, beynəlxalq təcrübə standartlarından istifadə edərək, təhlükəsizlik sistemlərində siyasətlərin konfiqurasiyası
  • Kibertəhlükəsizlik sistemlərin (SIEM, WAF, SOAR, EDR, XDR, Antivirus, NDR, Email Security, DNS security, PAM, EPM, DLP, DAM, DDoS protection və s.) inzibatçılığı işlərinin aparılması
  • Kiberhücumlardan, icazəsiz girişdən və digər təhlükəsizlik təhdidlərindən qorunmaq üçün vasitə və həllərin dizayn edilməsi
  • Müxtəlif  layihələr üçün davamlı təhlükəsizlik arxitekturasının  nəzərdən keçirilməsi və dizayn edilməsi.
  • Potensial zəiflikləri və riskləri müəyyən etmək üçün təhlükəsizlik qiymətləndirmələri və auditlərin aparılması.
  • Təşkilatın təhlükəsizlik tədbirlərinin effektiv qalmasını təmin etmək üçün kiber-sahədəki tendensiyalardan, ən yaxşı təcrübələrdən (Best Practice) və yeni təhdidlərdən xəbərdar olmaq
  • Təhlükəsizlik sistemləri və alətlərinin test edilməsi (PoC), layihələndirilməsi, qurulması və təhvil verilməsi.
  • Təhlükəsizlik sistemlərində (SIEM, WAF, SOAR, EDR, XDR, Antivirus, NDR, Email Security, DNS security, PAM, EPM, DLP, DAM, DDoS protection və s.) optimizasiyası və təkmilləşdirilməsi

Xüsusi tələblər

Təhsil: 

  • Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək;

Təcrübə: 

  • Kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsi üzrə minimum 2 illik iş təcrübəsi;

Dil bilikləri: 

  • Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – üstünlük verilir.

 Arzu olunan Bacarıqlar:

  • Linux/Unix tipli və ya digər kibertəhlükəsizlik/IT systemlərin sıfırdan qurulması, sazlanması və administrasiyası bacarığı
  • Kibertəhlükəsizlik hücumlarının vektorları, zəiflikləri və istismarları haqqında anlayış
  • Şəbəkə hücum axınlarını müəyyən etmək, azaltmaq və izah etmək bacarığı
  • TCP/IP və əlaqəli şəbəkə protokolları üzrə dərin bilik: TCP, ARP, ICMP, DHCP, DNS, HTTP, SNMP və s. kimi standart şəbəkə protokolları və müşayiət olunan protokol/paket təhlili/manipulyasiya alətləri haqqında biliklər
  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Nəzarət etmək qabiliyyəti;
  • Qərarvermə qabiliyyəti;
  • İşləri yüksək səviyyədə icra etmək bacarığı;
  • Yekun nəticəyə yönəlmə bacarığı;
  • Yüksək qavrama və analitik təhlil bacarıqları.

Oxşar vakansiyalar

 
  • Masallı

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
 
  • Masallı

  • 1000 - 2000 AZN

Premium
 
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax, Şabran, Ağdaş

  • 400 - 800 AZN

Premium
Telegram kanalımız