NÖC və avtomatika üzrə çilingər

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi.
  • Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
  • İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq , iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “Usta” ya xəbər vermək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
  • İşlədiyi struktur bölmələrdə bütün nəzarət-ölçü cihazları və avtomatika vasitələrinin təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək.

Xüsusi tələblər

  • Elektrik, elektronika və avtomatika üzrə texniki təhsil (peşə,orta-ixtisas);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • İdarəetmə klapanları, axınölçənlər, düzəldici alətlər, şkaflar və s. kimi cihazların işləmə prinsiplərini, proses P&ID sxemlərini, sxematik diaqramları oxumaq və anlamaq bacarığı, paylanmış idarəetmə sistemlərini (DCS), Fövqəladə Söndürmə Sistemini (ESD), Proqramlaşdırıla bilən Məntiq Nəzarətçiləri və s. avadanlıqların bərpasını və əsaslı təmirini edə bilməlidir.

Oxşar vakansiyalar

 
  • Masallı

  • 800 - 1000 AZN

Premium
 
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax, Şabran, Ağdaş

  • 400 - 800 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
 
  • Masallı

  • 1000 - 2000 AZN

Premium
Telegram kanalımız