Elektrik mühəndisi

Sumqayıt

Baku Steel Company

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Elektrik layihələrinin hazırlanmasına və icrasına nəzarət etmək;
  • Elektrik yüklərinin və məsafəyə uyğun olaraq elektrik kabellərinin en kəsiyinin hesablanmasını aparmaq;
  • Avadanlıqların elektrikə dair sxem və detallarını anlamaq;
  • Elektrik dövrələrinin qurulması və sınaqdan keçirilməsini təmin etmək;
  • Elektrik avadanlıqlarında baş verən nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
  • Konstruktor sənədlərinin tərtib olunması üzrə müvafiq standartların tələblərini bilmək;
  • Transformatorların sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyası barədə biliklərə malik olmaq;
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşunu və sxemlərini bilmək;
  • Paylayıcı qurğular və onların elementləri — açarlar, ayırıcılar, ölçü transformatorları, rele mühafizə sistemləri və s. haqqında ətraflı məlumatlı olmaq;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək;
  • İş yeri: Baku Steel Company, “Azərboru” İstehsalat Sahəsi, Sumqayıt şəhəri.

Xüsusi tələblər

  • Ali təhsil (elektrik və ya elektroenergetika mühəndisliyi ixtisası üzrə);
  • Elektrik mühəndisliyi sahəsində minimum 1 il iş təcrübəsi (daha çox təcrübəyə malik olan namizədlərə üstünlük verilir);
  • Rus və ingilis dillərini bilmə bacarığı arzuolunandır;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Normativ və texniki sənədlərlə işləmək bacarığı.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Masallı

  • 800 - 1000 AZN

Premium
 
  • Masallı

  • 1000 - 2000 AZN

Premium
 
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax, Şabran, Ağdaş

  • 400 - 800 AZN

Premium
ERP
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız