İşə başlamazdan əvvəl kənd təsərrüfatı maşınlarının bütün mexanizmlərinin və təhlükəsizlik sistemlərinin texniki vəziyyətini yoxlamaq;
Kənd təsərrüfatı texnikasında aşkarlanmış nasazlıqlar barədə operativ şəkildə rəhbərliyə məlumat vermək və zərurət olduqda onların aradan qaldırılması prosesində iştirak etmək;
İş prosesində texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmək;
Texnoloji rejim normalarına, təsdiqlənmiş texnoloji reqlament və təlimatlara tam uyğun şəkildə fəaliyyət göstərmək;
Aqrotexniki işlərin yerinə yetirilməsi zamanı kənd təsərrüfatı texnikasının istifadəsinə dair bütün normativ və qaydalara əməl etmək;
Dərman səpən qurğularda dərman məhlullarının hazırlanmasını yalnız aqronom və ərazi üzrə məsul şəxsin iştirakı ilə həyata keçirmək və bu zaman müvafiq fərdi mühafizə vasitələrindən (FMV) istifadə etmək
Xüsusi tələblər
Traktor idarəetmə hüququ verən müvafiq sürücülük vəsiqəsinə malik olmaq (müvafiq kateqoriya);
Kənd təsərrüfatı texnikasının istismarı və texniki baxışı üzrə bilik və bacarıqlara malik olmaq;
Aqrotexniki proseslər və sahə işlərinin texnoloji ardıcıllığı barədə anlayışa sahib olmaq;
Texniki və yanğın təhlükəsizliyi qaydalarını bilmək və onlara əməl etmək bacarığı;
Komandada işləmə bacarığı və yüksək məsuliyyətə sahib olmaq;