Service Desk Engineer

Bakı

Azerconnect

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müştəri Xidmətləri, Rəsmi, Tənzimləyici, VIP, VVIP, Hüquq, Marketinq, Maliyyə sorğularının Azerconnect Group-un müxtəlif şöbələri və digər MŞOa koordinasiyası və təqibi 
  • MŞO-larla yüksək səviyyədə əlaqə qurmaq, bütün tərəflərlə açıq ünsiyyət yaratmaq və müştəri məmnuniyyətini təmin etmək 
  • Xidmətin Çatdırılmasının Təminatı üzrə statistik hesabatların hazırlanması (NCP, VIP və Müştəri şikayətləri, daxil olan zənglərin mobil şikayətlərə nisbəti, VVIP nöqtələr, individual şikayətlər), rəhbərlik tərəfindən verilmiş əlavə hesabatlar 
  • VIP, Müştəri Xidməti, Rəsmi, Tənzimləyici və İndividual Şikayətlər üzrə trend analizləri və təqibi, "Hot-spot" ərazilərin müəyyənləşdirilməsi 
  • Yeni baza stansiyası planlamasının biznes prioritetləri və Şəbəkə yerləşdirmə planına uyğun koordinasiyası 
  • NT və IT məsələləri üzrə təyin olunmuş müraciətlər üçün şikayət idarəçiliyində əsas əlaqə nöqtəsi kimi çıxış etmək 
  • Mürəkkəb və mübahisəli şikayətlər/sorğular qəbul edildikdə eskalasiya nöqtəsi kimi çıxış etmək 
  • Həll olunmuş və həllini gözləyən nasazlıq haqqında bildirişlər və açılmış məsələlər haqqında gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq 
  • İş təlimatına uyğun təlim keçilməsi və bacarıqların inkişaf etdirilməsi üzrə  planlaşdırılmış təlimə əməl etmək 
  • Digər şəbəkə bölmələri ilə əlaqədə olmaq və əməkdaşlıq etmək. İş prosesinə uyğun olaraq texniki sənədlərlə tanış olmaq 
  • Daxili nizam-intizam qaydaları və iş proseduralarına hörmətlə yanaşmaq və onlara riayət etmək 
  • Müvafiq təhlükəsizlik qaydaları və proseduralarına riayət etmək və onların riayət olunmasına ciddi nəzarət etmək 
  • Müdiriyyət tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək 

 

Xüsusi tələblər

  • Telekommunikasiya və ya informasiya texnologiyaları üzrə ali təhsil;
  • Mobil şəbəkə sahəsində təcrübə;
  • Şikayətlərə baxılması sahəsində təcrübəyə və müştəriyə yönəlmiş yanaşmaya sahib olmaq;
  • Telekommunikasiya  sahəsində minimum 1 il;
  • İngillis, Rus, Azərbaycan dillərində yaxşı oxumaq, yazmaq və danışmaq bacarığı; 
  • MS Office proqramlarında yüksək səviyyəli bilik və bacarıqlar;
  • Data Şəbəkə topologiyası haqqında universal məlumat;
  • Yaxşı analitiklik bacarıqları;
  • Yaxşı xidmət göstərmə zehniyyəti;
  • Yaxşı dinləmə, müzakirə və təqdimat bacarıqları;
  • Şəxsi motivasiya edən və nəticələrə əsaslanan bir mühitdə inkişaf edə bilən;
  • Problem həll etmə bacarıqları;

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Sumqayıt

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız