Keyfiyyətə nəzarət üzrə mühəndis

Bakı

ModulX

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin Keyfiyyət İdarəetmə Sistemi (KYS) və Keyfiyyət Əl Kitabçasının hazırlanmasını təşkil etmək və tətbiq etmək;
  • Layihələr üçün icra planlarının (Execution Plans) və iş yapım metodları (Method Statements) hazırlanmasında rəhbərliklə sıx əməkdaşlıq etmək;
  • Layihə sənədlərinə uyğun olaraq işlərin yüksək keyfiyyətlə icra edilməsini təmin etmək;
  • Tikinti proseslərində beynəlxalq standartlara uyğun keyfiyyət sisteminin tətbiqini təmin etmək (ISO 9001, Kaizen, Lean Construction, 5S və s.);
  • Tikinti materiallarının keyfiyyətinə nəzarət etmək və uyğunluğunu qiymətləndirmək;
  • Keyfiyyətə dair daxili və xarici auditlərin keçirilməsini təşkil etmək, nəticələri analiz edərək prosesləri təkmilləşdirmək;
  • Keyfiyyət idarəetmə prosedurlarının işçilərə öyrədilməsi və onların tətbiqinə nəzarət etmək;
  • Şirkət miqyasında keyfiyyət sisteminin davamlı təkmilləşdirilməsini təmin etmək və bu sahədə yeniliklər təklif etmək;
  • Layihələrin icrası zamanı keyfiyyətlə bağlı problemlərin həlli üçün tədbirlər planı hazırlamaq və icrasını təmin etmək;
  • Tikinti normalarına və qaydalarına tam əməl olunmasını təmin etmək;
  • Tikinti layihələrinin uğurlu və keyfiyyətli tamamlanması üçün podratçılar, layihə qrupları və digər işçi heyəti ilə koordinasiyanı təmin etmək;
  • İş günləri: 5 günlük iş qrafiki;
  • Nahar fasiləsi: 13:00-14:00.

Xüsusi tələblər

  • Tikinti mühəndisliyi, layihə idarəetməsi və ya müvafiq sahədə ali təhsil;
  • Keyfiyyət idarəetmə sistemləri və Keyfiyyət Əl Kitabçasının hazırlanması üzrə təcrübə;
  • Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
  • ISO 9001, EN, SNIP standartları və Lean Construction, Kaizen metodologiyaları haqqında dərin biliklər;
  • AutoCAD, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
  • Güclü strateji düşünmə və analitik bacarıqlar;
  • Layihə sənədlərinin hazırlanması və analizi sahəsində təcrübə;
  • Komanda ilə işləmə və yüksək səviyyəli kommunikasiya bacarıqları;
  • Azərbaycan dilində sərbəst yazmaq və danışmaq (İngilis və rus dili üstünlükdür).
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız