İnsan resursları sektoru, baş məsləhətçi

Bakı

Hesablama Palatası
Dövlət qulluğu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Palatanın fəaliyyəti ilə bağlı sərəncam mahiyyətli sənədlərin, qanunvericilik aktlarının layihələrinin hazırlanmasını öz səlahiyyətləri çərçivəsində təmin edir
  • sektor üzrə dövlət qulluğu vəzifələrinə dair vəzifə təlimatlarının hazırlanması və digər struktur bölmələr tərəfindən vəzifə təlimatlarının hazırlanmasına köməklik göstərilməsi işində iştirak edir
  • dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi işində iştirak edir
  • Palatanın kadr təminatının proqnozlaşdırılmasını, insan resurslarının idarə edilməsi sahəsində işlərin təşkilində və həyata keçirilməsində iştirak edir
  • dövlət qulluqçularının reyestrinin aparılması işində iştirak edir
  • Palatanın əməkdaşlarına xidməti vəsiqələrin verilməsi, dəyişdirilməsi, onların əmək kitabçaları ilə təmin edilməsi, əmək kitabçalarının doldurulması, onların qeydiyyatının aparılması və saxlanması işini təmin edir
  • mövcud qanunvericiliyə uyğun olaraq işçilərlə əmək müqavilələrinin bağlanması, qeydiyyata alınması, şəxsi işlərin aparılması və mühafizəsi, həmçinin kadr uçot işlərinin aparılması işində iştirak edir
  • işçilərlə əmək müqaviləsinin bağlanılması, dəyişikliklər edilməsi və xitam verilməsinin uçotunun aparılmasını, eləcə də əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasını təmin edir   
  • qanunvericiliyə və rəhbərliyin tapşırığına əsasən səlahiyyətləri daxilində Palatanı dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil edir
  • qanunvericiliklə müəyyən edilmiş qaydada Palatada dövlət qulluğuna qəbulun həyata keçirilməsi işində iştirak edir
  • müsahibəyə çıxarılan vakant inzibati vəzifələr haqqında məlumat, habelə müsahibənin keçirilməsi haqqında elanın məzmununu hazırlayaraq Palatanın rəsmi saytında yerləşdirilməsini təmin edir
  • dövlət qulluqçuları barədə məlumatları və onlara edilmiş dəyişiklikləri vaxtında və düzgün formada Dövlət Qulluqçularının Reyestrinə, HR modulda (daxili sistem) daxil edir
  • Palatada çalışan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi ilə bağlı bilavasitə rəhbərinin qarşısında məsələ qaldırır
  • dövlət qulluğunda qulluq stajına görə əlavə haqların verilməsi ilə bağlı sənədləşdirilmənin aparılmasını təmin edir
  • Palatanın əməkdaşlarının illik məzuniyyət qrafikini hazırlamaq və məzuniyyətlərin verilməsinin uçotunu aparır
  • xidməti və diplomatik pasportların verilməsi, uçotunun aparılması və etibarlılıq müddəti bitmiş və ya verilməsi əsası aradan qalxmış pasportların müvafiq qaydada təhvil verilməsi ilə bağlı prosessual hərəkətləri həyata keçirir
  • işçilərə müraciətləri əsasında vəzifələri (peşələri) barədə arayış, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onların peşəkarlıq, işgüzarlıq səviyyələrini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verilməsini təmin edir
  • hərbi mükəlləfiyyət barədə hesabatların hazırlanmasını və müvafiq qaydada təqdim edilməsini təmin edir
  • Palatanın aidiyyəti struktur bölməsi ilə birlikdə aylıq və illik rəsmi statistik hesabatları hazırlayıb müvafiq dövlət orqanına təqdim edir
  • insan resurslarının inkişafı və idarə edilməsi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsini səlahiyyətləri daxilində təmin edir
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş və sektor müdiri tərəfindən verilmiş digər vəzifələri yerinə yetirir


Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;


Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 iyun 2025-ci il tarixindən 8 iyul 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Xırdalan

  • 1200 - 1400 AZN

Telegram kanalımız