Sifarişçi tərəf kimi layihənin ümumi planlamasının koordinasiyası və podratçıların təqdim etdiyi cədvəllərin təhlili və qiymətləndirilməsi;
Podratçı təşkilatlar tərəfindən təqdim olunan iş qrafiklərinin (Gantt chart, CPM və s.) texniki əsaslara uyğunluğunu yoxlamaq və təsdiq üçün təqdim etmək;
Layihələrin gedişatının plan və fakt üzrə müqayisəli təhlilini aparmaq, gecikmələri və səbəblərini müəyyənləşdirmək;
Tikinti sahəsində vaxt, resurs və texniki proseslərin səmərəliliyinin təhlili və rəhbərliyə hesabatların təqdim olunması;
Podratçı və subpodratçıların müqavilə öhdəliklərinə uyğun olaraq işlərin vaxtında və düzgün icrasını monitorinq etmək;
Tikinti qrafiki üzrə aylıq və ya həftəlik icra vəziyyəti barədə rəhbərliyə hesabatların hazırlanması;
Potensial riskləri öncədən təyin edərək, proaktiv planlama tədbirləri görmək;
Əraziyə baxışlar və texniki müşahidələr aparmaq, sahədəki işlərin planlamaya uyğunluğunu qiymətləndirmək;
Layihə üzrə başlanğıc planlama sənədlərinin (Master Plan, Milestone Schedule və s.) hazırlanması və izlənməsi;
İcrada iştirak edən tərəflərlə planlama üzrə koordinasiyanın təşkili, məlumat axınının səmərəli idarə olunması;
Xüsusi tələblər
İnşaat mühəndisliyi, sənaye mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
Sifarişçi təşkilatda və ya layihə idarəedici (PMC) strukturlarda planlama və ya nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
Tikinti layihələrinin idarəedilməsi, normativ sənədlər və işin təşkili üzrə biliklər;
Podratçı tərəfindən təqdim olunan texniki və planlama sənədlərini oxuyub qiymətləndirmək bacarığı;