Offline media kanallarının effektivliyini doğru qiymətləndirmək üçün markaların hədəf auditoriyasını analiz etmək və buna uyğun offline media planlama strategiyaları hazırlamaq;
Offline media planlayıcı brend menecerlər ilə, online media planlayıcı ilə birlikdə çalışmaq, mütəmadi olaraq fikir mübadilələri aparmaq və marka tanıtımına yönəlik ortaq media yayım strategiyası formalaşdırmaq;
Hədəf auditoriyanı nəzərə alaraq, media kanallarının potensialını və effektivliyini dəyərləndirmək;
Reklam büdcəsini düzgün təyin etmək və bu büdcəyə uyğun olaraq media agentliyinin də dəstəyi ilə media planları hazırlamaq;
Reklam kampaniyalarının effektivliyini izləmək, kampaniyanın gedişatında və kampaniyanın sonunda nəticələrin təhlil edilməsi və daha yaxşı nəticələr əldə etmək məqsədilə yeni yanaşmaların təklif edilməsi;
Rəqiblərin reklam strategiyalarını izləmək və təhlil etmək. Rəqiblərin istifadə etdiyi media kanalları və reklam formatları haqqında məlumat toplamaq;
Media kampaniyalarının nəticələrini (SOV, PBA və s.) rəhbərlik və müştərilər (brend menecerləri) üçün hesabatlar şəklində təqdim etmək;
Müxtəlif analiz alətlərindən istifadə edərək, kampaniyanın performansını (televiziya reklamlarının əldə etdiyi GRP-ləri, açıq hava reklamlarının görünürlük dərəcəsi kimi statistikaları, araşdırma nəticələrini) izləmək.
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Xüsusi tələblər
Marketing və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
Ənənəvi marketing (offline) sahəsində minimum 3 il iş təcrübəsi;
Xarici dil bilikləri: İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;
TV\Radio\Outdoor\İndoor marketinq işləri ilə davamlı təcrübəyə sahib;
Media terminologiyasını bilən, media data ilə işləmə və analiz etmə bacarığı;
Rəqəmsal marketinq bilgi və təcrübənin olması əlavə üstünlükdür;
Mükəmməl ünsiyyət, səlis danışmaq, izah etmə bacarıqları;
Reklam və Marketinq strategiyalarının tətbiqi planının hazırlanması bacarığı;
Yaradıcı yanaşma və nəticəyönümlü iş üslubu;
Məsuliyyətli, analitik düşünmə bacarığı;
Yaradıcı, kreativlik, komanda ilə işləmək, təqdimatlar hazırlamaq və təqdimetmə bacarığı.