Daxili Audit Departamentinin fəaliyyətinin İllik Audit Planına və büdcəyə uyğunluğunu təmin edir
Audit layihələrinin daxili audit standartlarına riayət etməklə qəbul olunmuş proqramlara əsasən icra edilməsini təmin edir;
Şirkətin rəhbərliyi və digər strukturlarla effektiv işguzar münasibətləri dəstəkləyir
Maliyyə hesabatlarının düzgünlüyünə və uyğunluğuna fokuslanan audit tapşırıqlarını planlamaq və icrasına nəzarət etmək;
Büdcə prosesinin idarə edilməsinə fokuslanan audit tapşırıqlarını planlamaq və icrasına nəzarət etmək;
Dəstək funksiyalar idarə edilməsinə və effektiv icra edilməsinə (performansına, əməliyyatların uyğunluğuna, ödənişlərin əsaslandırılmasına, səmərəlilik və şəffaflıq meyarlarının yerinə yetirilməsinə) fokuslanan audit tapşırıqlarını planlamaq və icrasına nəzarət etmək;
Daxili Audit Departamentinin fəaliyyətini tənzimləyən siyasət, metodologiya və rəhbərliklərin, daxili qaydalar və prosedurların hazırlanmasında iştirak etmək;
Daxili Audit Departamentinin büdcəsinin hazırlanmasında iştirak etmək;
İllik Audit Planın hazırlamasında iştirak etmək;
Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin koordinasiyasını aparmaq;
Mühüm riskləri nəzərə alaraq audit layihəsi tapşırığının müəyyən edilməsində, audit layihəsinin gedişatına və büdcəsinə nəzarətdə iştirak etmək;
Audit layihələri üzrə hesabatların dəqiqliyinə və vaxtında təqdim olunmasına nəzarət etmək;
Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasına nəzarət etmək;
Kənar auditorların və digər müstəqil məsləhətçilərin daxili auditorlarla birgə fəaliyyətinin koordinasiyası və məlumat mübadiləsi proseslərinin dəstəkləməsində iştirak edtmək;
Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
Daxili Audit Departamentinin iş vaxtı istifadəsinin dəqiqliyinə və effektivliyinə nəzərət etmək;
Ekspert Mərkəzində çalışan əməkdaşlar arasında tapşırıqların effektiv bölüşdürülməsi və vaxtında icrasını təmin etmək;
Ekspert Mərkəzində çalışan əməkdaşların Əsas Fəaliyyət Göstəriciləri (ƏFG) hədəflərinin və inkişaf planlarının müəyyən edilməsində iştirak etmək;
Ekspert Mərkəzində çalışan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsini aparmaq;
Ekspert Mərkəzində çalışan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək;
Xüsusi tələblər
Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil);
Müvafiq iş təcrübəsi: 7 ildən artıq ümumi, 5 ildən artıq audit funksiyasında;
Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı;