Keyfiyyətin təminatı üzrə aparıcı mütəxəssis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sənaye ilə əlaqədar aidiyyatı idarəetmə sistemlərini inteqrə etməklə uzun müddətli perspektivdə SDM-də ümumi inteqrə olunmuş idarəetmə sisteminin (İOİS) qurulması üçün fəaliyyətləri icra etmək;
  • İOİS-in proseslərinin avtomatlaşdırılması və effektiv şəkildə sənədləşdirilməsini rəqəmsallaşdırmaq üçün ixtisaslaşmış proqram tətbiqlərinin icrası ilə bağlı fəaliyyətləri icra etmək;
  • İOİS-in uyğunluğunun, adekvatlığının və effektivliyinin ali rəhbərlik tərəfindən nəzərdən keçirilməsi üçün planlaşdırılmış intervallarda rəhbərlik təhlili (RT) iclaslarının təşkili ilə bağlı fəaliyyətləri izləmək;
  • İOİS-in müvafiq standartlara uyğunluğunu, effektiv tətbiqini və saxlanmasını müəyyənləşdirmək üçün daxil auditləri icra etmək, daxili audit komandasında iştirak etmək, müvafiq prosedur tələblərinə uyğun səriştəliliyə malik olduqda daxili audit komandasına rəhbərlik etmək, daxili audit planlarını, yoxlama siyahılarını və hesabatlarını hazırlamaq;
  • Daxili audit tapıntılarını əlaqəli heyətə kommunikasiya etmək, tapıntıların statusunu izləmək;
  • Müəssisədə keyfiyyət üzrə məlumatlılığın təmin olunması üçün maarifləndirmə sessiyaları təşkil etmək;
  • Müəssisədə keyfiyyət mədəniyyətinin formalaşdırılması üçün proqramları icra etmək;
  • İOİS üzrə sənədləşdirilmiş informasiyanın adekvat şəkildə nəzərdən keçirərək sənəd sahibinə vaxtında geri dönüş edilməsini təmin etmək;

Xüsusi tələblər

  • Bakalavr dərəcəsi (Magistr dərəcəsinə üstünlük verilir);
  • ISO 9001:2015 standartı üzrə baş auditor;
  • ISO 14001:2015, ISO 45001:2018, ISO 50001:2018 standartları üzrə peşəkar səviyyədə məlumatlılıq;
  • Texniki elmlər üzrə və ya Biznesin idarə olunması/Layihə idarəetməsi sahələrinin məzunlarına üstünlük verilir.
  • İngilis dilində sərbəst ünsiyyət bacarığı (B2)
  • Keyfiyyətin təminatı sahəsində minimum 3 il təcrübə

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız