Texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması;
Layihəyə dair maraqlı tərəfləri ilə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi;
Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi, maraqlı tərəfləri ilə ilə razılaşdırılması;
Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
Funksional və qeyri-funksional tələblərin formalaşdırılması, onların prioritetləşdirilməsi və sənədləşdirilməsi;
İstifadəçi hekayələrinin (user stories), qəbul meyarlarının (acceptance criteria) və istifadə ssenarilərinin hazırlanması;
Səhifə eskizlərinin hazırlanması;
Cari və hədəf biznes proseslərin analizi və modelləşdirilməsi (as-is / to-be);
Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi (BPMN əsasında prosess diaqramlarının tərtibi, Use Case-lərin hazırlanması);
Proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
Prototiplərin maraqlı tərəflərə təqdim olunması və rəylərin toplanması.
Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması;
Risklərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması prosesində iştirak;
İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
Tələblər üzrə prioritetlərin müəyyən edilməsi, “tapşırıqlar hovuzunun” formalaşdırılması, ilkin icra planının hazırlanması və milestone-lərin müəyyən edilməsi;
Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
Gündəlik SCRUM görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
Təlimlərin verilməsi və təqdimatların hazırlanması;
İstifadəçi və inzibatçı təlimatı sənədlərinin hazırlanması.
Xüsusi tələblər
Ali təhsil (Biznes inzibatçılığı və ya İT sahəsində təhsilə üstünlük verilir);
Yüksəs analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;
Operativ qərarvermə bacarığı və punktuallıq;
Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
BRD, SRS və analiz sənədlərinin hazırlanmasında bilik və təcrübə;
BPMN və UML diaqramları ilə iş təcrübəsi;
Eskiz (wireframe) tərtibatı alətləri ilə iş təcrübəsi;
Task management alətləri ilə iş təcrübəsi (Azure Boards, Jira və s.)
Azərbaycan dilinin normalarına uyğun rəsmi yazışmalar və sənədləşdirmə aparmaq bacarığı;
SCRUM bilikləri və komanda ilə iş təcrübəsi;
MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür);
İlkin səviyyə API və SQL bilikləri;
Orta səviyyə UI/UX bilikləri;
Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (texniki sənədlərin anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə) | Rus dili arzuolunandır;
Proqram təminatı layihələrində minimum 1 il İT biznes analitik və yaxud məhsul sahibi kimi iş təcrübəsi;
Proqram təminatının hazırlanması mərhələləri (SDLC) və onlara dair biliklər;
Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı.