Risklərin təhlili və hesabatlıq üzrə baş mütəxəssis

Bakı

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Müəssisə - Azərbaycan Sənaye Bank

  • Aidiyyəti Əməliyyat strukturlarının müraciətlərinə əsasən bankın əlaqələr qurmağı planladığı banklar və təşkilatlarla bağlı risk əsaslı təhlillər aparmaq.
  • Bankın illik kənar audit yoxlamaları üzrə məlumatların analiz edilməsi yönündə Baş Risk İnzibatçısının tapşırıqlarını yerinə yetirmək.
  • Rüblük əsasda Bankın Risk Xəritəsini hazırlamaq, təhlilini aparmaq və rəhbərliyə təqdim etmək.
  • Aylıq əsasda Bankın Likvidlik Riski təhlili hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək.
  • Rüblük əsasda Makro İqtisadi göstəricilərin təhlilini apararaq prezentasiya hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • "Banklarda korporativ idarəetmə Standartları”nın tələbləri çərçivəsində bank üzrə məlumatların açıqlanması ilə bağlı Kredit, Likvidlik, Valyuta və Faiz riskləri üzrə təhlillərin bankın aidiyyəti strukturuna təqdim edilməsini təmin etmək.
  • Qanunvericiliyin tələblərinə əsasən Makro İqtisadi ssenarilərin təsirləri ilə bağlı stress testi hazırlayaraq nəticələrini Mərkəzi Banka təqdim etmək.
  • Rəhbərliyin tapşırığı əsasında bankdaxili sənədlərin və iş proseslərinin təhlilini aparmaq, riskli sahələri müəyyən etmək, həmçinin onların aradan qaldırılması üzrə təkliflər vermək;
  • Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə məlumatı üst rəhbərliyinə təqdim etmək;
  • Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması ilə bağlı departament rəhbərliyinin tapşırıqlarını yerinə yetirmək;
  • Risklərin tanınması və idarə edilməsi baxımından aidiyyəti biznes strukturlarının müraciətləri əsasında bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair araşdırma aparmaq və rəy vermək;
  • Risklərin idarə edilməsi işində bankın aidiyyatı struktur bölmələrinə metodoloji yardım göstərmək.

Xüsusi tələblər

  • Ali təhsil (İqtisadi və/və ya Texniki)
  • Müvafiq sahə üzrə minimum 2 il, bank sahəsi üzrə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Əla;
  • Bank proqramı biliklər;
  • Müvafiq sahədə sertifikatların olması üstünlükdür.
  • Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • Problemləri həll etmək bacarığı olmalı. 

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 700 AZN dən

Telegram kanalımız