Yükqaldırıcı mexanizmlərə texniki nəzarət üzrə mühəndis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • SDM-in Bütünlük və Etibarlılıq Rəhbərliyi, Bütünlük menecerin göstərişlərini və TNBM tərəfindən müəyyən edilmiş texniki nəzarət tədbirlərini həyata keçirilməsi;
  • Qüvvədə olan mövcud qaydalara, təlimatlara, sənayenin ən yaxşı təcrübələri, beynəlxalq norma və standartlara əsaslanaraq yükqaldırıcı mexanizmlərin mexaniki bütövlük fəaliyyətinin həyata keçirilməsi;
  • İstehsalatlarda (sahələrdə) Yükqaldırıcı mexanizmlərin (kranların) FHN və BED qeydiyatında olan siyahının tərtib olunmasına nəzarət edir;
  • İstehsalatlarda (sahələrdə) Yükqaldırıcı mexanizmlərin (kranların) təhlükəsiz istismarını təmin etmək üçün strategiya təyin edir,illik plan qrafikləri YQM-lərin sazlığına cavabdeh mühəndislərdən tələb edir və yerinə yetirilmə taktikalarına (qaydalarına) nəzarət edir.
  • Zavoddaxili işçi və müqavilə əsasında çalışan podratçılar-subpodratçıların işini nəzarətdə saxlayır,istismara qəbul sənədlərinə imza atıb,xətti rəhbərə təqdim edir və arxivləşdirir;
  • İstehsalatlarda (sahələrdə) Yükqaldırıcı mexanizmlərin (kranların) təhlükəsiz istismarını təmin etmək üçün bu mexanizmlərin sazlığına və təhlükəsizliyinə cavabdeh şəxslər tərəfindən AR-nın fərman, qanun, təlimat, əsasnamə ,qaydalarına və mütərəqqi beynəlxalq normalara əsaslanaraq,siyahı,sınaq və təftiş qrafik və cədvəllərinin tərtib və təsdiq edilməsinə nəzarət edir;
  • Müvafiq qeyd və məlumatların dolğun,düzgün rəsmləşdirilməsinin aparılması, auditələrə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə Bütünlük üzrə Menecerə dəstək verir;
  • Yükqaldırıcı mexanizmlərin təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulları öyrənir və istehsalata tətbiq edir;
  • Azərbaycan Respublikasında qüvvədə olan, Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları bütün təftiş, yoxlanış və sınaqlar zamanı tətbiq edir;
  • İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı yükqaldırıcı mexanizmlərdə yoxlama, baxış və sınaqların aparılmasında şəxsən iştirak edir, yükqaldırıcı müxanizmlərin passportlarında aparılmış qeydləri təstiq edir;
  • Komitə üzvü kimi Risk Əsaslı Nəzarət və Texniki Nəzarət İdarəetmə işçi qruplarında iştirak etmək, rəy və təkliflər vermək və nəticələri həyata keçirmək;
  • Texniki nəzarət prosedurlarını və təlimatlarını hazırlanmasında iştirak edir. Texniki nəzarət işçilərinin, o cümlədən subpodratçıların müvafiq prosedurlara, standartlara və spesifikasiyalara uyğun işləməsini təmin etmək və onlara nəzarət etmək;
  • Texniki nəzarət və sınaq planlarının hazırlanmasını dəstəkləmək və bu sənədlərdə qeyd olunan fəaliyyətlərə nəzarət etmək və həyata keçirmək.

Xüsusi tələblər

  • Mexanika mühəndisliyi üzrə bakalavr diplomu və ya digər texniki ali ixtisas diplomuna malik
  • Minimum 5 ili yükqaldırıcı mexanizmlərə nəzarət üzrə müvafiq təcrübə
  • Yerli qanunvericiliyin tələbi olan Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarına tam hakim olmaq
  • İngilis dilinde sərbəst oxumağı, yazmağı və danışmağı bacarmalı
  • Aktiv Səviyyə 2 SNT 1C və ya EN 9712 NS (PT) ,US (UT), MSS (MT), VT, RT – hər hansı biri və bir neçəsi olması üstünlükdür;
  • CSWIP Welding Inspector 3.1 və ya 3.2 sertifikatı üstünlükdür.
  • Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarına dair beynəlxalq sertifikata malik olma üstünlükdür

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız