Vergi, maliyyə və idarəetmə uçotunun dəqiq və tam şəkildə təşkili və aparılması
Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, DSMF, işsizlik sığortası və s.) hazırlanması və təqdim edilməsi;
Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Dövlət orqanlarına (Vergi, Statistika, DSMF, Məşğulluq və s.) hesabatların vaxtında və düzgün təqdim olunması;
Əməkhaqqı, ezamiyyə, avans və digər əməliyyatların uçotunun düzgün aparılması;
Vergi yoxlamaları, daxili və xarici auditlərə tam hazır vəziyyətin təmin olunması
Maliyyə risklərinin idarə olunması və potensial vergi sanksiyalarının önlənməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi;
Komandaya rəhbərlik və biliklərin paylaşılması, iş bölgüsünün təşkili;
FMCG sektoruna uyğun olan sürətli əməliyyat dövriyyələrinin yüksək dəqiqliklə uçotu və optimallaşdırılması
Nahar şirkət tərəfindən təmin olunur
5 günlük iş rejimi; saat 09:00/18:00
Rəqabətqabiliyyətli əmək haqqı
Korporativ telefon nömrəsi və danışıq paketi
Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A
Xüsusi tələblər
Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil
Minimum 3 il FMCG və ya sürətli istehlak malları sahəsində Baş Mühasib və ya Müvafiq səviyyədə rəhbər mühasibat vəzifəsində təcrübə
PMS sertifikatı
Azərbaycan Respublikasının Vergi və Əmək Məcəlləsi üzrə dərin biliklər
Micro, Logix, 1C, BTP (Vergi portalı), DSMF və Statistika portalları ilə işləmə bacarığı
Excel və digər MS Office proqramlarında yüksək səviyyədə bilik
Hesabatlılıq və detala diqqət bacarığı, yüksək analitik düşüncə
Məsuliyyətlilik, dürüstlük və məxfiliyə ciddi riayət