Ət və ət məhsulları üzrə qəssab koordinator

Bakı

Azprotein Foods Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Gün ərzində 5-6 Supermarketə yoxlanışa gedərək rəflərin düzülüşünə nəzarət etmək, ətin keyfiyyətini yoxlamaq,
  • Bəzi hallarda mal qəbulu zamanı məhsulun keyfiyyətini yoxlayaraq rəy vermək,
  • Sıyırma şöbəsinin işini dərindən mənimsəmək,
  • Mütəmadi olaraq Sıyırma şöbəsindəki qəssablar, trimçilər və sümükçülərin performansını yoxlamaq (sürət, kəmiyyət və keyfiyyət üzrə),
  • Sıyırma şöbəsinə yeni qəbul edilən qəssablar, trimçilər və sümükçülərə işi öyrədərək onları şirkət standartlarına cavab verən kadr səviyyəsinə çatdırmaq,
  • Şöbə üzrə öz işi ilə əlaqədar işçilər tərəfindən əməliyyatların düzgün icrasına nəzarət etmək;
  • Karkasların işçilər tərəfindən standartlara və şirkət qaydalarına uyğun parçalanmasını və üzərində düzgün işləməsini təmin etmək;
  • Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi şöbəsi tərəfindən aldığı təlimatlara əsasən məhsul istehsalında keyfiyyətə nəzarət və qida təhlükəsizliyi standartlarına əməl edilməsini təmin etmək;
  • Şöbənin istehsal planının icrasında iştirak etmək;
  • Şöbəyə qəbul edilən ətlərin təyinata görə əməliyyat axımını düzgün təmin etmək;
  • Birbaşa rəhbər tərəfindən müvafiq sərəncam olduqda müəssisədən kənar ezamiyyətə getmək;
  • İş zamanı ətraf mühit və sanitar tələblər, eləcə də əməyin mühafizəsi, səhiyyə, gigiyena qaydaları üzrə müvafiq qanunvericiliyə riayət etmək;
  • Öz işi üzrə hesabatlılıq aparmaq, onu rəhbərə təqdim etmək;
  • Əmək haqqı: 1200 manat + bonus;
  • Şəxsi maşın olduqda yanacaq xərci, olmadıqda yol xərci qarşılanır;
  • İş qrafiki: 6 günlük;
  • Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).

Xüsusi tələblər

  • Yaş həddi: 30 - 45 yaş;
  • Təcrübə: 3 - 5 il;
  • Şəxsi maşın olması arzuolunandır.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 200 - 200 AZN

  • Bakı

  • 1500 - 2000 AZN

Telegram kanalımız