Strategiya üzrə mütəxəssis

Bakı

Agro Food İnvestments

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müvafiq sahələrdə bazar tendensiyalarını, imkanları və riskləri müəyyən etmək üçün strateji təhlillərin aparılması;
  • Korporativ, biznes və funksional səviyyəli strategiyaların hazırlanması və həyata keçirilmə prosesində iştirak;
  • Qrup tərəfindən təsdiqlənmiş strategiyaların və strateji layihələrin həyata keçirilməsini dəstəkləmək, biznes hədəfləri ilə uyğunlaşmanın təmin edilməsi;
  • Potensial gəlirlər haqqında rəy formalaşdırmaq üçün əhatəli dəyərləndirmə üsulları ilə investisiya layihələrinin qiymətləndirilməsində iştirak;
  • Potensial investisiyaların, birləşmələrin və satınalmaların qiymətləndirilməsi qərarları üçün lazımi məlumatların funksiyalararası komandalardan müvafiq qaydada toplanması və təhlil edilməsi;
  • Sektor üzrə tendensiyaların izlənməsi, nəticələr, tövsiyələr və analitik dəstəyin göstərilməsi məqsədi ilə rəhbərliyə həm dövri, həm də tələb əsasında təqdim etmək üçün hesabatlar və təqdimatlar hazırlanması;
  • Strategiya və biznesin inkişafı komandalarına layihə idarəçiliyində və əsas təşəbbüslərin həyata keçirilməsində dəstək göstərilməsi;
  • Medical insurance;
  • Mobil nömrə;
  • Lunch.

Xüsusi tələblər

  • İqtisadiyyat, Maliyyə, Biznesin İdarəedilməsi və ya oxşar sahədə bakalavr dərəcəsi;
  • Sahə üzrə 2 illik iş təcrübəsi, konsaltinq şirkətlərində işləmiş namizədlərə üstünlük verilir;
  • Strateji məlumatları effektiv şəkildə təqdim etmək üçün güclü tədqiqat və təqdimat bacarıqları;
  • Mürəkkəb konsepsiyaları aydın və qısa şəkildə izah etməklə mükəmməl ünsiyyət və təqdimat bacarıqları;
  • Komanda mühitinə sürətli adaptasiya və birgə iş bacarıqları;
  • CFA Level 1 və ya FMVA sertifikatı üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də qabaqcıl səviyyədə bilik;
  • İngilis dili biliyi vacibdir, Rus dili bilikləri arzuolunandır.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Daşkəsən

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız