Keyfiyyətin Təminatı Mərkəzinin koordinatoru

Bakı

Xəzər Universiteti

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Keyfiyyətin təminatı ilə bağlı rəsmi sənədlərin hazırlanması, struktur bölmələrlə əlaqələndirmə və təhlil işlərinin aparılması;
  • Tədris prosesi ilə bağlı statistik məlumatların toplanması və müvafiq hesabatların hazırlanması;
  • Fakültə, departament və digər şöbələrlə bağlı kargüzarlıq və sənədləşmə işlərinin icrası;
  • Universitetin institusional akkreditasiyasına tələb olunan daxili normativ sənədlərin hazırlanması;
  • Mərkəzin icra etdiyi digər fəaliyyətlərdə iştirak edilməsi;

Xüsusi tələblər

  • Təhsil və idarəetmə ilə əlaqəli sahə üzrə magistr təhsili;
  • Təhsil sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Təhsil Qanunu və Təhsil Strategiyası haqqında biliklər;
  • MS Office proqramlarında mükəmməl işləmək bacarığı;
  • Yüksək səviyyədə yazı, ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Fərdi və komanda mühitində işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • İngilis dilində orta səviyyədə danışıq və yazı bacarığı.


Göstərilən tələblərə cavab verən namizədlərin mövzu yerində “Keyfiyyətin Təminatı Mərkəzinin koordinatoru” qeyd etməklə CV-lərini [email protected] email ünvanına göndərməsi xahiş olunur. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız