Logistika bölməsindən təhvil alınan material və kimyəvi maddələrin müvafiq sənədlərə uyğun olaraq istehsal binalarına köçürülməsi, ilkin seçmə və hazırlıq əməliyyatlarının aparılması.
Yanacaq üçün istifadə ediləcək materialların ələnməsi və üyüdülməsi, mühərrik borusunun tökmə hazırlıq işləri (yuma, qurutma, astar və EBK tətbiqi), yanacağın qarışdırılması, tökülməsi, maturasiya və son emal əməliyyatlarının icrası.
İstehsal zamanı toplanan məlumatların müvafiq sistemlərə və sənədlərə daxil edilməsi, iş vaxtı uçotu məlumatlarının təqdim edilməsi.
Əməyin mühafizəsi prosedurlarına riayət olunmasının təmin edilməsi, təlimlərdə iştirak və qoruyucu vasitələrin düzgün istifadəsinin təmin edilməsi, əməyin mühafizəsi ilə bağlı təkliflər irəli sürmək.
Bölmə daxilində və layihələr üzrə müştərilər, təchizatçılar və digər tərəfdaşlarla koordinasiyada işləmək, Azroksan biznes proseslərinə əməl etmək və məhsuldarlığın artırılmasına töhfə vermək.
Xüsusi tələblər
Ali təhsil (Kimya mühəndisliyi və ya Kimya üzrə)
İstehsal və proses əməliyyatları üzrə təcrübə
Kimyəvi maddələr və yanacaq materialları ilə işləmə bilikləri
Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə bilik və təcrübə
Analitik düşüncə və detallara diqqət
Komanda ilə effektiv əməkdaşlıq və koordinasiya bacarığı
Sistem və sənədləşmə ilə işləmək bacarığı
Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər