Kiçik Auditor

Bakı

Azərşəkər

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Komanda üzvü qismində səmərəli çalışır, öhdəlikləri bölüşür, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparır;
  • Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatı toplayaraq analiz edir;
  • Biznes proseslər haqqında məlumat toplayır və biznes proseslərin analizində iştirak edir;
  • Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə audit prosedurları olan test və müsahibə üsulunu həyata keçirir;
  • Məlumatın test üsulu ilə yoxlanılmasını həyata keçirir;
  • Audit yoxlamalarının nəticələrini Daxili audit şöbəsinin standartlarına uyğun olaraq sənədləşdirir;
  • Mühasibat sistemlərinin effektivliyi və səmərəliyini, eləcə də qəbul olunmuş mühasibat prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlayır;
  • Daxili Audit şöbəsində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirir.


İş şəraiti:

  • Struktur: Daxili Audit Departamenti
  • Birbaşa rəhbər: Daxili Audit Meneceri
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)


Xüsusi tələblər

  • Biznesin idarə edilməsi, Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
  • Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığıı;
  • Biznes proseslərin analizi metodlarının tətbiqi;
  • Test üsulundan istifadə edərək məlumatın yoxlanılması bacarığı;
  • Müsahibələrin keçirilməsi bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Problemləri həll etmə bacarıqları;
  • Komanda daxilində fəaliyyət göstərmək bacarığı;
  • Stress altında çalışmaq bacarıqları;
  • Azərbaycan, İngilis səlis ( Rus dili – Arzu olunandır)

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Qarabağ

  • 550 AZN dən

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız