Cəmiyyətin fəaliyyət göstərdiyi ərazilərdə, idarə etdiyi nəqliyyat vasitəsi ilə yüklərin yüklənməsini, boşaldılmasını, yerdəyişməsini və tələb olunan yerlərə yığılmasını təmin etmək;
İdarə etdiyi yükvuranın, yüktutma mexanizmlərinin və digər xüsusi qurğuların düzgün və təhlükəsiz şəkildə idarə olunmasını təmin etmək;
Yükvuranın işindəki nasazlıqları müəyyən etmək;
Yükvuranın və onun bütün mexanizminin cari təmirində və texniki xidmətində iştirak etmək və bu prosesə nəzarət etmək;
Bilavasitə rəhbərin müəyyən etdiyi ərazilərdə istifadə olunan xammalın və digər malların təhlükəsiz yüklənməsini və boşaldılmasını təmin etmək;
Yüklərin tros, zəncir və digər vasitələrlə düzgün və təhlükəsiz bağlanmasını təmin etmək.
İş şəraiti:
İş yeri: Zığ qəsəbəsi
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 1100-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Xüsusi tələblər
Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi
Sürücülük vəsiqəsi, həmçinin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi (TH katerqoriyalı) və ya müvafiq nəqliyyat vasitəsini idarə etmək üçün sertifikat
Məsuliyyət və dəqiqlik
Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı