Tikinti layihələri üzrə iş qrafiklərinin hazırlanması və planlaşdırılması;
Layihələrin təhlili, vaxt qrafiklərinin və büdcələrin hazırlanması;
Primavera və ya MS Project proqramları vasitəsilə iş həcmini, son tarixləri və mobilizasiya planlarını əhatə edən layihə qrafiklərinin hazırlanması;
Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
Planlaşdırılmış işlərdə yaranan gecikmələrin təhlili və səbəblərinin müəyyənləşdirilməsi;
Gecikmələrin aradan qaldırılması məqsədilə aidiyyəti mühəndislərlə koordinasiya və planların yenilənməsi;
Layihələrin büdcə və vaxt çərçivəsində icrasına dair proqnozların hazırlanması və risklərin qiymətləndirilməsi;
Material, texnika və işçi qüvvəsi resurslarının hesablanması, müvafiq hesabatların hazırlanması və icrasına nəzarət;
Layihənin gedişatı üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.
Xüsusi tələblər
İnşaat mühəndisliyi üzrə ali təhsil;
Tikinti sahəsində minimum 3 il iş təcrübəsi;
Müasir və innovativ standartlara uyğun işləmək bacarığı;
MS Office (Word, Excel), AutoCAD, Primavera və MS Project proqramlarını yüksək səviyyədə bilmək;
Güclü analitik və riyazi düşünmə bacarıqları;
Sənədləşdirmə və işgüzar yazışmalar üzrə yüksək səviyyədə bilik;
Tikinti norma və qaydalarını yaxşı bilmək;
Planlı iş yanaşması və effektiv vaxt idarəetmə bacarıqları.
İş şəraiti:
Layihə ünvanı: Bakı şəhəri;
Əmək haqqı: Namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Planlama Mühəndisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.