Baş mütəxəssis (İnformasiya təhlükəsizliyi üzrə)

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnformasiya təhlükəsizliyi istiqamətində siyasətlərin, prosedurların və standartların hazırlanmasında, təkmilləşdirilməsində və yenilənməsində iştirak edir, bu sahə üzrə təhlillər aparır və təkliflər hazırlayır;
  • Mövcud siyasət, prosedur və standartların tətbiqinə nəzarət edir, sənədlərin aktuallığını daimi nəzarətdə saxlayır, bu istiqamətdə təhlillər aparır və təkliflər hazırlayır; 
  • Uyğunluq (compliance) tələblərinin (ISO 27001, NIST və s.) tətbiqini və izlənilməsini təmin edir, pozuntu hallarını aşkar edərək araşdırır, nəticələr üzrə təhlillər aparır və təkliflər hazırlayır; 
  • Risk reyestrinin hazırlanmasında iştirak edir, onun daimi aktual saxlanılmasını təmin edir, müvafiq təhlillər aparır və təkliflər hazırlayır;
  • Risklərin qiymətləndirilməsi və idarə olunması prosesinin icrasında iştirak edir, nəticələr üzrə təhlillər aparır və təkliflər hazırlayır;
  • İnformasiya təhlükəsizliyi üzrə tələbləri və beynəlxalq təcrübələri təhlil edir, onların tətbiqi ilə bağlı təkliflər hazırlayır; 
  • Daxili auditlərin təşkilində iştirak edir, audit nəticələrini təhlil edir və müvafiq təkliflər hazırlayır; 
  • Təhlükəsizlik insidentlərinin ilkin analizini və koordinasiyasını həyata keçirir, nəticələr üzrə hesabatlar və təkliflər hazırlayır; 
  • İT infrastrukturu üzrə əsas təhlükəsizlik nəzarətlərinin monitorinqini həyata keçirir, aşkar edilmiş uyğunsuzluqlar üzrə təhlillər aparır və təkliflər verir; 
  • İstifadəçilər üçün informasiya təhlükəsizliyi üzrə maarifləndirmə tədbirlərinin təşkilində iştirak edir; 
  • Sahə üzrə inkişaf planlarının və strategiyaların hazırlanması üçün təkliflər verir, informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə nəzarət mexanizmlərinin qurulmasında iştirak edir;
  • Təhlükəsizlik prosedurlarının və qabaqcıl təcrübələrin tətbiqi məqsədilə digər struktur bölmələr və komanda üzvləri ilə əməkdaşlıq edir, bu sahədə təkliflər hazırlayır; 
  • Yeni təhlükəsizlik texnologiyalarının və alətlərinin seçilməsi və tətbiq edilməsində iştirak edir, onların effektivliyi üzrə təhlillər aparır və təkliflər verir; 
  • İnformasiya təhlükəsizliyi ilə bağlı daxil olan sorğuların müvafiq qaydalara uyğun qəbulunu, prioritetləşdirilməsini və icrasını təmin edir, nəticələr üzrə təhlillər aparır və təkliflər hazırlayır; 
  • Təhlükəsizlik layihələrinin planlaşdırılması, idarə olunması və icrasında iştirak edir, layihələrin nəticəliliyinin artırılması üzrə təhlillər aparır və təkliflər verir; 
  • Şöbənin fəaliyyətinin nəticələrini təhlil etməklə problemləri müəyyən edir və onların aradan qaldırılması üçün kompleks təkliflər hazırlayaraq təqdim edir; 
  • Şöbə əməkdaşlarının peşəkarlığının artırılması üçün təkliflər verilməsində iştirak edir və onlara ümumi metodoloji dəstək göstərir; 
  • Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə ali təhsil; 
  • Yaş həddi 23-35; 
  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 3 il iş təcrübəsi; 
  • Sənədləşmə işlərinin aparılması, siyasətlərin, prosedurların və korporativ standartların hazırlanması və layihələndirilməsi üzrə iş təcrübəsi;
  • İT infrastrukturu, əməliyyat sistemləri və şəbəkələr üzrə nəzəri və praktiki biliklər; 
  • İSO 27001, NIST, COBIT, ITIL və digər beynəlxalq standartlar üzrə praktiki biliklər; CISSP, CISA, CISM, ISO 27001, CRISC, CompTIA Security+ və digər müvafiq sertifikatlara malik olanlara üstünlük verilir; 
  • Kibertəhlükəsizlik həlləri (DLP, PAM, MDM, SIEM, EDR, Network Security və s.) üzrə biliklər; 
  • Nəzarətetmə, qərarvermə və nəticəyönümlülük bacarıqları; 
  • Təhliletmə, məsuliyyətlilik, təşəbbüskarlıq, təşkilatçılıq və dəqiqlik bacarıqları; 
  • Azərbaycan dilini yüksək, ingilis dilini isə yaxşı səviyyədə bilmə; 
  • Şifahi və yazılı ünsiyyət bacarıqları. 

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız