Cəmiyyət üzrə əmr, qərar, göstəriş və tapşırıqların icrasına risk-əsaslı və nəticəyönümlü nəzarət sistemini təşkil etmək;
İcra vəziyyəti, gecikmə riskləri və performans göstəriciləri üzrə rəhbərlik üçün analitik hesabatlar hazırlamaq;
Dövlət Nəzarəti İnformasiya Sistemi və korporativ elektron sənəd dövriyyəsi (DMSPro və s.) üzrə icra statusunun düzgün və vaxtında aparılmasını təmin etmək;
Fiziki və hüquqi şəxslərin müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılmasına nəzarət etmək;
DCC prinsiplərinin tətbiqini təşkil etmək: sənədlərin identifikasiyası və versiya nəzarəti, vizalanma ardıcıllığı, icra tarixçəsi və audit izlərinin saxlanılması;
Şöbənin fəaliyyətini KPI-lar əsasında planlaşdırmaq və qiymətləndirmək;
Proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq;
Daxili və xarici auditlərə hazırlığı, uyğunsuzluqlar üzrə düzəldici və qabaqlayıcı tədbirləri təşkil etmək;
Xidməti məlumatların və məxfilik rejiminin qorunmasını təmin etmək;
Şöbə əməkdaşlarının fəaliyyətini, iş bölgüsü və performans nəzarətini həyata keçirmək.
Xüsusi tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübəyə üstünlük verilir;
Azərbaycan Respublikasının elektron idarəetmə və kargüzarlıq qanunvericiliyini bilmək;
ISO idarəetmə sistemləri üzrə bilik və praktiki təcrübə (ISO 9001, 14001, 45001); ISO 30301 üstünlükdür;
DCC və elektron sənəd dövriyyəsi sistemləri ilə iş təcrübəsi;
Proses yanaşması, risklərin idarə olunması və PDCA prinsipləri üzrə bilik;
KPI, performans monitorinqi və analitik hesabatların hazırlanması bacarığı;
MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
Azərbaycan dili mükəmməl, rus və ingilis dili arzuolunandır.