Holdinq daxilində və onun qurumlarında icra olunan İT və rəqəmsal fəaliyyətlərin və layihələrin portfel səviyyəsində idarə edilməsi, portfel məlumatlarının mütəmadi yenilənməsi, sənədləşdirilməsi və hesabatlığının aparılması;
Yüksək prioritetli və strateji əhəmiyyətli rəqəmsal transformasiya layihələrinin planlanması, icrası və təhvilinin birbaşa idarə edilməsi;
Proqram, layihə və İT və rəqəmsal yönümlü bütün digər təşəbbüsləri əhatə edən illik İT və rəqəmsal fəaliyyət portfelinin planlaşdırılması, analizi və hesabatların hazırlanması;
Holdinqə daxil olan qurumlar və xüsusilə onların İT və rəqəmsal departamentləri ilə sıx və effektiv əməkdaşlığın qurulması, koordinasiyanın təmin edilməsi;
Cari və gələcək layihələr üzrə yerli və qlobal vendorlarla işgüzar münasibətlərin idarə edilməsi, texniki-kommersiya təkliflərinin təhlili prosesində iştirak;
Biznes istiqamətlərinə və funksional strukturlara İT və rəqəmsal ehtiyacların müəyyənləşdirilməsi, biznes tələblərinin rəqəmsal həllərə çevrilməsi və layihə təşəbbüslərinin əsaslandırılması prosesində birbaşa iştirak;
Xüsusi tələblər
İT layihə meneceri (IT Project Manager) rolu üzrə minimum 3-5 il aktiv iş təcrübəsi;
Rəqəmsal transformasiya, İT infrastruktur və ya kross-funksional rəqəmsal layihələrin idarə edilməsində son dövrlərə aid uğurlu layihə tarixçəsi (track record);
Kross-funksional (müxtəlif departament və qurumları əhatə edən) İT layihələrinin uğurlu icrası üzrə real iş təcrübəsi (track record);
Holdinq tipli korporativ strukturlarda və ya çoxsaylı törəmə qurumları/müəssisələri əhatə edən mürəkkəb mühitlərdə layihə idarəetmə təcrübəsi (üstünlükdür);
Rəhbərlik və müxtəlif maraqlı tərəflərlə effektiv işləmək, layihə statuslarını təqdim etmək təcrübəsi;
Layihə və portfel idarə edilməsi yanaşmaları ilə yanaşı, “agile” metodologiyaları (Scrum, Kanban və s.) və PMO idarəetmə prinsipləri üzrə təcrübə;
Çoxmədəniyyətli (multicultural) və ya geniştərkibli, böyük layihə komandalarının idarə edilməsində təcrübə,
Xarici və yerli vendorlarla iş və müqavilə öhdəliklərinin (SLA) icrasına nəzarət təcrübəsi;
Azərbaycan dili (ana dili), ingilis dili (yüksək səviyyədə), rus dili (yüksək səviyyədə)
Layihə idarəetmə metodologiyaları, “governance” (idarəetmə standartları) və sənədləşdirmə sistemləri üzrə dərin biliklər;
Analitik düşünmə, mürəkkəb biznes proseslərini anlamaq, onları vizuallaşdırmaq və biznes tələblərini texniki komandaya (technical team) effektiv və anlaşıqlı dildə ötürmək bacarığı;
Yüksəksəviyyəli kommunikasiya, təqdimat və maraqlı tərəfləri (stakeholders) idarəetmə bacarıqları;
PMP, PgMP və ya analoji beynəlxalq sertifikatların olması arzuolunandır;
İT sahəsində texniki anlayışın (infrastruktur, proqram təminatı, sistem inteqrasiyaları və s.) olması üstünlükdür.