İT biznes analitiki

Bakı

AZCON Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Holdinqdaxili rəqəmsal/İT tələblərinin toplanması, təhlili, sənədləşdirilməsi və texniki baxımdan strukturlaşdırılması;
  • “Enterprise” səviyyəli informasiya sistemlərinin və platformaların (ERP, ESD və digər korporativ həllər) texniki arxitektura və funksional baxımdan analizi;
  • “API” inteqrasiyaları, mikroservis arxitekturası və sistemlərarası data axınlarının təhlilində iştirak;
  • Bazar araşdırmalarının aparılması, potensial vendorlarla görüşlərin keçirilməsi, texnoloji həllərin (software və hardware) qiymətləndirilməsi və biznes tələbləri ilə uyğunluğunun analizi;
  • Qurumların rəqəmsal inkişaf səviyyəsinin artırılması üçün yeni texnoloji təşəbbüslərin qiymətləndirilməsi və dəstəklənməsi;
  • Qlobal və strateji vendorlarla əməkdaşlıqların qurulması istiqamətində texniki analiz və koordinasiya işləri;
  • İT sistemlər üzrə “governance”, standartlaşdırma və arxitektura uyğunluğunun təmin edilməsi və vahid yanaşmaların formalaşdırılması.

Xüsusi tələblər

  • İT biznes analitiki, İT sistemlər analitiki, İT strategiyası və transformasiya analitiki və ya oxşar rolda minimum 3-5 il iş təcrübəsi;
  • Rəqəmsal transformasiya, İT strategiya və ya Holdinq səviyyəli İT layihələrdə iştirak təcrübəsi;
  • Korporativ sistemlərin, platformaların və ya inteqrasiya həllərinin analizi və implementasiyasında təcrübə;
  • RPA və digər avtomatlaşdırma həlləri ilə bağlı layihələrdə iştirak təcrübəsi üstünlükdür;
  • Sistem inteqrasiyası və kompleks İT ekosistemlərində işləmə təcrübəsi;
  • “Agile” və ya hibrid layihə mühitində texniki komandalarla işləmə təcrübəsi;
  • Yuxarı səviyyəli maraqlı tərəflərlə (C-level, direktorlar) texniki mövzular üzrə işləmə təcrübəsi üstünlükdür;
  • Azərbaycan dili (ana dili), ingilis dili (yüksək səviyyədə);
  • Güclü analitik düşünmə, detallara diqqət və kompleks İT sistemlərini strukturlaşdırılmış şəkildə təhlil etmə bacarığı;
  • Güclü kommunikasiya və texniki mövzuları aydın şəkildə izah etmə bacarığı;
  •  İT “governance” və standartlaşdırma yanaşmaları ilə işləməyə meyillilik;
  • Proses və sistem modelləşdirmə alətləri ilə işləmə bacarığı (BPMN, UML və s.);
  • “Enterprise” sistemlər və platformalar (ERP və digər korporativ həllər) üzrə anlayış və ya təcrübə;
  • “API”lər, mikroservis arxitekturası, verilənlər axını və sistem inteqrasiyaları üzrə biliklər;
  • İT infrastrukturu (serverlər, şəbəkə əsasları, bulud mühitləri) üzrə ümumi anlayış;
  • Vendor həllərinin qiymətləndirilməsi və müqayisəli analizində təcrübə;
  • Böyük və qlobal İT vendorlarla işləmə təcrübəsi üstünlükdür.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 1300 - 1600 AZN

Telegram kanalımız