Havalandırma sistemləri üzrə mühəndis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunvericiliklə müəyyən edilmiş tələblərə, istismar qaydalarına və qurumun daxili prosedurlarına riayət etmək;
  • İşlərin gedişatına nəzarət etmək, aşkar olunan çatışmazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək;
  • Yanğın və təbii fəlakətlər zamanı keçirilmiş təlimlərə və verilmiş təyinatlara uyğun operativ müdaxilə etmək;
  • HVAC sistemlərinin quraşdırılması, sınaqdan keçirilməsi, balanslaşdırılması və istismara verilməsi proseslərinə nəzarətin həyata keçirilməsi və bu proseslərin effektiv idarə olunması;
  • Avadanlıqların istilik-soyutma gücü, hava sərfi və digər əsas texniki parametrlərinin normativ tələblərə uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
  • Nasaz və ya zədələnmiş komponentlərin təmiri və ya dəyişdirilməsi proseslərinə nəzarət edilməsi, texniki dəstəyin göstərilməsi;
  • Təmir olunmuş avadanlıq və mexanizmlərin etibarlı və fasiləsiz işləməsini təmin etmək məqsədilə sınaq və yoxlama proseslərinin təşkili;
  • Cavabdeh olduğu sahələr üzrə avadanlıq və qurğular üçün texniki xidmət planlarının hazırlanmasında iştirak və təsdiq olunmuş plana uyğun nəzarətin təmin edilməsi;
  • Texniki xidmət üçün zəruri ehtiyat hissələri, alət və avadanlıqların planlı şəkildə və vaxtında təmin olunmasına nəzarət;
  • Cavabdehlik sahələri üzrə planlaşdırılmış və icra edilmiş işlər barədə rəhbərliyə müəyyən olunmuş qaydada mütəmadi hesabatların təqdim edilməsi;
  • Mərkəzləşdirilmiş təmir prosedurlarına uyğun olaraq zavodun inzibati binaları və istehsalat qurğularında fəaliyyətin həyata keçirilməsi;
  • Struktur bölmələr üzrə bütün avadanlıqların təmir və texniki xidmət işlərinin qabaqlayıcı (preventiv), proqnozlaşdırıcı (predictive) və bərpaedici (corrective) prosedur və təlimatlara uyğun icrası;
  • Zavod daxilində korporativ mədəniyyətin inkişafına töhfə verilməsi və yeni iş proseslərinə operativ uyğunlaşmanın təmin edilməsi;

Xüsusi tələblər

  • Müvafiq ixtisas üzrə ali təhsili;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Effektiv ünsiyyət və komandada işləmə bacarığına malik olmalıdır;
  • Analitik düşünmə və problem həll etmə bacarığı yüksək olmalıdır;
  • İngilis dili biliyi üstünlükdür.

Oxşar vakansiyalar

Telegram kanalımız