Satış üzrə elektron qaimələrin və hesab-fakturaların göndərilməsi, bu əməliyyatların və daxil olan pul vəsaitlərinin 1C/ERP sisteminə daxil edilməsi;
Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək və debitor və kreditorlarla üzləşmələrin aparılması;
Daxil olmuş elektron qaimələrin sənədlərinin tam şəkildə yığılmasına kömək etmək, xidmət alışlarının təsdiqedici sənədlərə əsaslanaraq 1C/ERP sisteminə daxil etmək;
Texnika subsidiyaları üzrə müvafiq sənədlərin yığılması, çatışmayan sənədlər üzrə təchizatçılarla danışıqların aparılması, bankdan gələn uyğunsuzluqların araşdırılması və uçotun aparılması;
Ay bağlanışı zamanı əməliyyatların 1C/ERP sisteminə daxil edilməsində Baş mühasibə köməkliyin göstərilməsi;
Təsərrüfat sahələrində çalışan mühasiblərin cari işlərinin görülməsində dəstək göstərilməsi;
Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
İşəgötürən: Eden Agro MMC
Struktur: Maliyyə departamenti
Birbaşa rəhbər: Baş mühasib
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Xüsusi tələblər
Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində);
Mühasibat uçotu üzrə ən azı 1 il iş təcrübəsi;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis, İngilis dili yaxşı;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi;
1C / ERP, MS Office (xüsusilə Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.