Müştəri Dəstəyi və Biliklərin Transferi üzrə mütəxəssis

Bakı

Bestcomp Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin təmin və təqdim etdiyi alətlər vasitəsilə müştəri sorğularına vaxtında və dəqiq cavab vermək, müştəri ehtiyaclarını müəyyənləşdirmək.
  • Müştəri şikayətlərinə vaxt çərçivəsində müvafiq həllər və alternativlər təqdim etmək, texniki problemlərin həllini təmin etmək üçün daxili komandalarla işləmək.
  • Müştərilərin rəyini toplayıb, Məhsul Menecementi komandasıyla paylaşaraq xidmət keyfiyyətinin artırılmasına dəstək göstərmək.
  • Şirkətin ünsiyyət prosedurlarına, təlimatlarına və siyasətlərinə əməl etmək.
  • Layihə menecerindən və ya məhsul menecerindən daxil olan məlumatlara əsaslanaraq ətraflı test planları, test nümunələri və xəta hesabatlarının hazırlanması.
  • Proqram təminatının performans standartlarına cavab verdiyinə və hər hansı səhvlərin həllinə əmin olmaq üçün sınaqdan keçirilməsi.
  • Tətbiqin bütün aspektlərini, o cümlədən funksionallıq və istifadə imkanlarını sınaqdan keçirməklə bütün tələblərin yerinə yetirilməsini təmin etmək.
  • Xətalar haqqında rəy bildirmək və kodda təkmilləşdirmələr təklif etmək üçün məhsul sahibləri ilə qarşılıqlı ünsiyyət qurmaq.
  • İstifadəsinin asan olmasını və istifadəçi ehtiyaclarına cavab verməsini təmin etmək üçün tətbiqin istifadəçiləri ilə istifadəyə yararlılıq testlərində iştirak etmək.
  • Proqram təminatları biliklərinin idarə edilməsi metodologiyalarını öz təcrübə sahələrində tətbiqinə rəhbərlik etməklə biliklərin transferi və idarəetməsini təmin etmək.
  • Müştəriyə biliklərin effektiv ötürülməsi, paylaşılması və kommunikasiyası üçün standartları tərtib və təmin etmək.
  • Müvafiq təlim sessiyalarını planlaşdırmaq, videolar, təqdimatlar, sənədlər və s. kimi müxtəlif formatlarda təlim materialları hazırlamaq.
  • Müştərilərə qarşı hər zaman pozitiv, empatik və peşəkar münasibət saxlamaq.
  • Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Xüsusi tələblər

  • Güclü analitik və problem həll etmə bacarıqları
  • Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyəti
  • Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı
  • Komandada işləmə bacarığı
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı.
  • Ünsiyyət bacarığı
  • Güclü iş etikası
  • Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək
  • Detallara diqqət
  • Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 650 - 700 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız