Müqavilə və sənəd dövriyyəsi üzrə mütəxəssis

Bakı

Unimetal

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin alış, satış və digər müqavilələrinin, həmçinin onlara aid əlavə sənədlərin qeydiyyatını və sistemli saxlanılmasını təmin etmək;
  • Müqavilə və ona bağlı sənədlərin qarşı tərəflə fiziki qaydada və ya elektron imza vasitəsilə imzalanması prosesini koordinasiya etmək;
  • Şirkətin müştərilərinə təqdim edilən təhvil-təslim aktlarının göndərilməsini, imzalanmasını və vaxtında geri qaytarılmasını izləmək və təmin etmək;
  • Müştərilərə təqdim olunan zəmanət kitabçalarının qeydiyyatını aparmaq və onların sistemli şəkildə izlənilməsini təmin etmək;
  • Gecikən, çatışmayan və ya düzgün rəsmiləşdirilməmiş sənədlərlə bağlı aidiyyəti şəxsləri məlumatlandırmaq;
  • Müştərilər, təchizatçılar, satış nümayəndələri və şirkətdaxili şöbələrlə sənəd dövriyyəsi üzrə əlaqə saxlamaq;
  • Müqavilə və digər sənədləri müəyyən edilmiş qaydaya uyğun olaraq qovluqlaşdırmaq, arxivləşdirmək və axtarış üçün əlçatan vəziyyətdə saxlamaq;
  • Sənəd dövriyyəsi ilə bağlı gündəlik tapşırıqları icra etmək və görülən işlər barədə məlumat / hesabat təqdim etmək.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Sənədləşmə, müqavilə qeydiyyatı, arxivləşdirmə və ya ofis inzibatçılığı sahəsində iş təcrübəsi;
  • Müqavilə, akt, əlavə sənəd, zəmanət sənədi və oxşar işgüzar sənədlərlə işləmə bacarığı;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
  • MS Word və MS Excel proqramlarında işləmək bacarığı;
  • Sənədləri sistemli şəkildə izləmək, qeydiyyata almaq və arxivləşdirmək bacarığı;
  • Elektron sənəd dövriyyəsi və elektron imza alətləri ilə işləmə bacarığı üstünlükdür;
  • Müştərilər və şirkətdaxili əməkdaşlarla düzgün kommunikasiya qurmaq bacarığı;
  • Diqqətli, məsuliyyətli, operativ və nizam-intizamlı olmaq;

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız