Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştəri seqmentində İT məhsul və xidmətlərinin satışını həyata keçirmək.
Satış prosesinin bütün mərhələlərini – ehtiyacların müəyyənləşdirilməsi, təklifin hazırlanması, təqdimat, danışıqlar və müqavilə bağlanması – effektiv şəkildə idarə etmək.
Müştərilərlə davamlı biznes əlaqələri qurmaq, əlaqələri gücləndirmək və uzunmüddətli əməkdaşlığı təmin etmək.
İT avadanlıqları üzrə texniki və kommersiya təkliflərini hazırlamaq.
Müştəri tələbləri əsasında məhsul və xidmət təqdimatlarını (prezentasiyaları) hazırlamaq və təqdim etmək.
Müştəri məmnuniyyətinin təmin edilməsi üçün əməliyyatların təkmilləşdirilməsi.
Gəlir planlarının, satış hədəflərinin yerinə yetirilməsini təmin etmək.
Satış məlumatlarını təhlil etmək, bazar və rəqib analizlərini aparmaq, satış strategiyalarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Satış əməliyyatlarının səmərəliliyini artırmaq məqsədilə daxili prosesləri optimallaşdırmaq və CRM sistemində məlumatların dəqiqliyinə nəzarət etmək.
Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
Rəhbərlik, texniki əməliyyatlara dair struktur bölmə və müştərilər arasında görüş və konfransların təşkili, protokolların və yekun sənədlərin hazırlanması.
Əlavə məlumat:
İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri)
Vakansiya növü: Tam ştat
İş yeri: “Bakinity Distribution” MMC
Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Xüsusi tələblər
Ali təhsil.
İT satış sahəsində azı 3 illik iş təcrübəsi.
Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı.
Azərbaycan və rus dillərində sərbəst danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır).
1C və CRM proqram təminatlarında işləmə bacarığı.
Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı.
Analitik düşüncə tərzi, yüksək ünsiyyət və təqdimat bacarığı.
Namizəd bilməlidir:
Cəmiyyət və dövlət qurumları ilə korporativ satış istiqamətində əməkdaşlıq prinsipləri və tərəfdaşlıq əlaqələrinin qurulması qaydaları.
Korporativ yazışma standartları, biznes ünsiyyət etikası və peşəkar etiket qaydaları.
Konfidensial və kommersiya xarakterli məlumatların qorunması və məxfilik siyasəti prinsipləri.
İşgüzar görüşlər, danışıqlar və tədbirlər üzrə iş protokollarının tərtib edilmə qaydaları.
Tədbir və görüşlər zamanı məlumat, sənəd və materialların iştirakçılara düzgün və vaxtında ötürülməsi prosedurları.
Görüş və danışıqların təşkili üçün inzibati, təşkilati və texniki tədbirlərin planlaşdırılması və icrası.
Dövlət orqanları və üçüncü tərəf təşkilatlarında şirkətin təmsilçilik prinsipləri və qarşılıqlı fəaliyyət qaydaları.
Biznes sənədlərinin tərtibi, qeydiyyatı, icrası və arxivləşmə qaydaları.
Rəhbərliyin tapşırıqlarının və göstərişlərinin icrasına nəzarət mexanizmləri.
CRM və verilənlər bazaları ilə işləmə bacarıqları.