Son İstifadəçi Testi Mütəxəssisi/ End User Test Specialist (IT/Hybrid/Outstaff)

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Biznes Tələblərinə dair sənədləri nəzərdən keçirmək
  • Tələblərin İzlənməsi Sxemi üzrə test nümunələri/istifadə halları ( qeyri-texniki) hazırlamaq
  • Son İstifadəçi testlərini icra etmək və nəticələri test hesabatında qeyd etmək.
  • Uğursuz hallarla bağlı testin yenidən işlənməsi ssenariləri (fəaliyyət planı) hazırlamaq
  • Mövcud məhsul və ya xidmət dəyişiklikləri zamanı reqressiya testini həyata keçirmək
  • Test nəticələrini Layihə/Məhsul Sahibinə təqdim etmək
  • Lazım gəldikdə mobil tətbiq testlərini həyata keçirmək
  • Azercell Biznes və Məhsul İdarəetmə komandaları ilə əməkdaşlıq etmək.

Xüsusi tələblər

  • Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi
  • İT sahəsi üzrə 1 illik iş təcrübəsi arzuolunandır.


Dil bilikləri: 

  • Azərbaycan dili – səlis yazılı və şifahi ünsiyyət bacarığı;  
  • İngilis dili – peşəkar iş səviyyəsi.

 

Yumşaq Bacarıqlar:

  • Bir neçə tapşırığı eyni zamanda yerinə yetirmək və vaxtı idarə etməklə yanaşı təşkilatçılıq bacarığı
  • Güclü analitik təhliletmə bacarığı
  • Əla ünsiyyət və danışıqlar aparmaq bacarıqları ilə yanaşı müştəri tələblərini anlamaq bacarığı
  • Biznes tələblərini test nümunələrində əks etdirmək bacarığı.
  • Son icra tarixinə uyğun işləmək bacarığı
  • Məlumat sorğusu ilə işləyə bilənlərə üstünlük verilir
  • Mobil OSS ilə işləmək bacarığı
  • MS ofis proqramları ilə işləmək bacarığı;
  • Test prosesi, metodologiyalar və planlaşdırma üzrə bilik
  • Telekommunikasiya sənayesi, müvafiq texniki arxitektura və sənaye standartları.

Oxşar vakansiyalar

Telegram kanalımız