Qeyri-kredit Əməliyyatları Şöbəsi, Mütəxəssis

Bakı

Yelobank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satış nöqtələrindən, o cümlədən internet bankçılıq üzrə daxil olan müştəri ödəniş tapşırıqlarını təyin olunmuş limitlər çərçivəsində yoxlayır və təsdiqləyir;
  • İnternet bankçılıq üzrə təsdiq tələb edən qeyri-kredit müştəri əməliyyatlarını yoxlayır və təsdiq edir;
  • Bankın daxili prosesləri və müvafiq prosedurlarında müəyyən olunmuş qeyri-kredit əməliyyatlarını icra edir;
  • Valyuta əməliyyatları üzrə valyuta rejimi tələblərinin gözlənilməsinə nəzarət edir;
  • Müştərilərin verqi sərəncamlarının icra edir;
  • Şöbənin funksiyalarından irəli gələn və Bankın daxili normativ sənədləri ilə nəzərdə tutulmuş digər işləri yerinə yetirir;
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirir;
  • Bankın daxili nizam-intizam qaydalarına və  etik davranış normalarına daim  riayət edir;
  • Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
  • Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur;
  • Bu Vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə Şöbənin menecerına məlumat verir.
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək

Xüsusi tələblər

  • Ali Təhsil; 
  • Minimum 2 il iş təcrübəsi;
  • Bank işinin kredit və qeyri-kredit tərəfləri barədə məlumat;
  • Azərbaycan dili – mütləq, Rus dili, İngilis dili arzuolunandır;
  • MS Office, Bankın müvafiq proqram təminatından istifadə etmək bacarığı;
  • Daxili normativ sənədlər, eləcə də Bank qanunvericiliyi üzrə biliklərə malik olmaq;
  • Analitik düşüncə

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız