Əməliyyatların Dayanıqlılığı üzrə Aparıcı Mütəxəssis

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Data mərkəzində təhlükəsizlik və əməliyyat prosedurlarına riayət olunmasını təmin etmək, onların icrasına nəzarət etmək və təşkilatın siyasət və prosedurlarının normativ tələblərə uyğunluğunu qorumaq.
  • Avadanlıqların quraşdırılması, yerdəyişməsi və istismardan çıxarılması üçün standartlaşdırılmış prosedurlar hazırlamaq və tətbiq etmək, aktivlərin etiketlənməsini və texniki sənədləşməni təmin etmək.
  • Data mərkəzi mühitində daxili əməkdaşların və podratçıların fəaliyyətinə nəzarət etmək, təhlükəsizliyin, hesabatlılığın və müəyyən edilmiş standartlara riayət olunmasını təmin etmək.
  • Enerji, soyutma, şəbəkə və təhlükəsizlik sistemlərinin dayanıqlığını və ehtiyat mexanizmlərini təmin etmək; mühəndislik komandaları ilə əməkdaşlıq edərək nasazlıqlara qarşı dözümlülüyü optimallaşdırmaq, failover proseslərini yoxlamaq və kritik zəifliklərin qarşısını almaq.
  • Auditləri, yoxlamaları və uyğunluq icmallarını idarə etmək və dəstəkləmək, sənaye üzrə ən yaxşı təcrübələrə və normativ tələblərə uyğunluğu təmin etmək.
  • ERM (Enterprise Risk Management) və BCM komandaları ilə birlikdə əməliyyat davamlılığı çərçivələrini hazırlamaq və idarə etmək, infrastrukturun hazırlıq səviyyəsini və təşkilatın risk iştahına uyğunluğunu təmin etmək.
  • Təhlükəsizlik və mühitə nəzarət sistemlərinin (CCTV, girişə nəzarət, yanğın təhlükəsizliyi, su sızması, rütubət və temperatur nəzarəti platformaları) optimallaşdırılmasını və vaxtında servis olunmasını təmin etmək.
  • CCTV, girişə nəzarət, yanğınsöndürmə və digər siqnalizasiya sistemləri üçün monitorinq panelləri, “health check” prosesləri və avtomatlaşdırılmış xəbərdarlıqlar tətbiq edərək infrastrukturun davamlılığını təmin etmək.
  • Ehtiyat nüsxə və bərpa strategiyalarının hazırlanmasına və inkişafına nəzarət etmək, bərpa prosedurlarının sınaqlarını və dəstəkləyici infrastrukturun etibarlılığını yoxlamaq.

Xüsusi tələblər

  • Telekommunikasiya mühəndisliyi, İnformasiya Texnologiyaları, Təhlükəsizlik İdarəçiliyi və Audit və ya oxşar sahədə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).
  • CompTIA Network+, Security+, ITIL Practitioner, PMP, CCNA, ISO 22301 lead auditor və ya oxşar beynəlxalq sertifikatlar üstünlük hesab edilir.
  • Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – üstünlük verilir.
  • İT və ya təhlükəsizlik həllərinin inteqrasiyası və IT layihələrdə aparıcı mütəxəssis kimi ən azı 2 il təcrübə.
  • Insidentlərin idarəedilməsi, əməliyyat risklərinin qiymətləndirilməsi və ya böhranların idarə olunması üzrə təcrübə üstünlük hesab edilir.
  • DCIM ilə tanışlıq və data mərkəzi infrastrukturu (enerji, soyutma, yanğın təhlükəsizliyi, şəbəkə) haqqında dərin bilik.
  • Analitik düşüncə tərzi və mürəkkəb vəziyyətləri sürətlə qiymətləndirib operativ reaksiya vermək bacarığı.
  • Yaxşı təşkilati və layihə idarəetmə bacarıqları, sənədləşmə (prosedurlar, hesabatlar, incident qeydləri) təcrübəsi.
  • Çoxşaxəli komandalarla əməkdaşlıq etmək və podratçıların fəaliyyətini koordinasiya etmək bacarığı.
  • Öyrənməyə, dəyişikliklərə uyğunlaşmağa və artan məsuliyyət daşıyan rola inkişaf etməyə hazırlıq

Oxşar vakansiyalar

Telegram kanalımız