Qazma, tamamlama və layların idarə olunmasını dəstəkləmək məqsədilə quyular üzrə Birləşmiş Lay Təzyiqi və Hidroyarılma Qradiyenti (PPFG – Pore Pressure Fracture Gradient) qrafiklərini hazırlamaq, geomexaniki modelləşdirmə və formasiya bütövlüyü təhlillərini həyata keçirmək
Mövcud in-situ stressləri, süxurların mexaniki xüsusiyyətlərini və quyu sabitliyi ilə bağlı riskləri qiymətləndirmək
Yeni quyuların qazılması və yataqların işlənməsi layihələri üçün geomexanika və PPFG məlumatları əsasında texniki dəstək göstərmək
Qum hasilatı, quyu sabitliyinin pozulması və digər qazma və hasilat problemlərinin qarşısının alınması üçün texniki tövsiyələr hazırlamaq
Qazmadan əvvəl və qazmadan sonra PPFG hesabatlarını hazırlamaq və təqdim etmək
Ofset quyular üzrə “Lessons Learned” təhlillərini aparmaq, post-drill PPFG nəticələrini qiymətləndirmək və təcrübə bazasının yenilənməsinə töhfə vermək
Geomexanika və PPFG məlumatlarını rezervuar modellərinə inteqrasiya etməklə sıxılma, çökmə və istehsal risklərini qiymətləndirmək
Geomexaniki aspektlərin layların idarə olunması strategiyalarına inteqrasiya edilməsini təmin etmək üçün çoxfunksiyalı komandalarla əməkdaşlıq etmək
Şirkətdaxili texniki hesabatlar, xülasələr və tövsiyələr hazırlamaq
Geomexanika və PPFG üzrə mütəxəssislərə texniki dəstək və mentorluq göstərmək
Geomexanika, PPFG modelləşdirmə metodologiyaları və müvafiq proqram təminatları üzrə sənayedəki yenilikləri izləmək və tətbiq etmək
Xüsusi tələblər
Geologiya və ya digər uyğun yer elmləri sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
Neft-qaz sənayesində geomexanika, lay və formasiya təzyiqinin qiymətləndirilməsi sahəsində minimum 5 il iş təcrübəsi
Quyu lüləsinin sabitliyi, lay təzyiqi proqnozlaşdırılması, süxur mexanikası və formasiya bütövlüyü təhlili üzrə praktiki bilik və təcrübə
Geomexanika və PPFG proqram təminatları ilə işləmə bacarığı (Techlog Geomechanics, Jewel Suite,Petrel Geomechanics və ya ekvivalent proqramlar)
Layların idarə olunması və qazma komandaları ilə inteqrasiya olunmuş iş təcrübəsi
Analitik düşünmə və mürəkkəb texniki problemlərin həlli üzrə bacarıq
Azərbaycan dilində sərbəst, ingilis dilində işgüzar səviyyədə bilik; rus dili biliyi üstünlük hesab olunur
Güclü kommunikasiya və təqdimat bacarıqları
Üstünlük verilən bilik və təcrübələr:
Geomexanika və PPFG modellərinin qurulması və optimallaşdırılması üzrə geniş təcrübə
Layların idarə olunması, qazma və rezervuar mühəndisliyi sahələri üzrə multidissiplinar layihələrdə iştirak təcrübəsi
Qazma və hasilat risklərinin idarə olunması üzrə təcrübə