Şöbənin kargüzarlıq və tərcümə işlərini yerinə yetirmək;
ASK maraqları naminə xarici ölkələrdəki Biznesə Dəstək Təşkilatları (BDT) və digər qurumlarla əməkdaşlıq əlaqələrini yaratmaq və inkişaf etdirmək üçün araşdırma işində aktiv iştirak etmək;
ASK-nın xarici ölkələrdəki rəsmi nümayəndələri şəbəkəsini genişləndirmək və bu nümayəndələr ilə koordinasiyanı və əməkdaşlıq əlaqələrini genişləndirilməsi prosesinə dəstək olmaq;
ASK üzvlərinin biznes sahəsində bilik və bacarıqlarının, səriştələrinin artırılması məqsədilə onların həm ölkəmizdə, həm də xarici ölkələrdə təşkil edilən beynəlxalq təlimlərdə iştirakını təmin etmək prosesinə dəstək olmaq;
Müvafiq beynəlxalq layihələr, seminarlar, konfranslar, treninqlər, sərgi, biznes forumlarda və s. tədbirlərdə ASK-nın üzv təşkilatlarının iştirakını təşviq və təmin etmək prosesində aktiv iştirak etmək;
AR-da özəl sektorun beynəlxalq əlaqələri və biznesin inkişafına yönəlmiş beynəlxalq əhəmiyyətli layihə, proqram və digər məsələlərdə ASK adından iştirak etmək və
Konfederasiya üzvlərinə yeni xidmətlərin göstərilməsi prosesinə dəstək olmaq;
AR-da fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin iqtisadi, sosial, konsulluq və humanitar məsələlərə cavabdeh personalı ilə ASK maraqları naminə əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirilməsi prosesində aktiv iştirak etmək;
ASK üzvlərinə xarici ölkələrdə biznes tərəfdaşlarının tapılması, əlverişli investisiya layihələrinin əldə edilməsi, ixracatın genişləndirilməsi və bu istiqamətdə digər xidmətlərin göstərilməsinə dəstək olmaq prosesində aktiv iştirak etmək;
“ASK Biznes Konsaltinq” MMC-yə (ASK-BK MMC) beynəlxalq əlaqələr və biznesin inkişafı məsələlərində əməli dəstək vermək;
ASK maraqları naminə xarici ölkələrdəki özəl sektor nümayəndələrinin AR-da biznesinin qurulması və inkişafına dəstək vermək prosesində aktiv iştirak etmək;
Şöbəyə daxil olan yazılı və ya şifahi sorğu və müraciətləri şöbə müdiri ilə məsləhətləşib icrasına çalışmaq;
Şöbəyə daxil olan sənəd və ya elektron məktublar şöbə müdirinə bildirilib icrası üçün təlimatlar almaq və icra edilmiş işin nəticələrini arayışlar və ya yazılı sənəd formasında hazırlayıb qovluqlarda arxivləşdirmək;
Şöbənin ümumi işinə dəstək olmaq.
Xüsusi tələblər
Beynəlxalq əlaqələr üzrə ali təhsil;
Ən azı 1 il iş təcrübəsi;
Rus dili (sərbəst yazı və danışıq qabiliyyəti);
İngilis dili (sərbəst yazı və danışıq qabiliyyəti);
MS Office proqramlarında işləmə bacarığı;
Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olmalı;