Sahə Qazma Geoloqu (Wellsite Drilling Geologist)

Bakı

SOCAR Upstream MI LLC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qazma əməliyyatları zamanı real vaxt rejimində geoloji monitorinqin və korrelyasiyanın aparılması, operativ qərarvermə proseslərinə texniki dəstək göstərmək
  • Qazma şlamalarının təsvirini aparmaq, uçuntu materiallarını (cavings) müəyyən etmək və kateqoriyalaşdırmaq, həmçinin karbohidrogen göstəricilərini qiymətləndirmək
  • Geoloji hədəflərin izlənilməsini təmin etmək və quyunun təsdiq edilmiş plana uyğun qazılmasına nəzarət etmək
  • Geoloji riskləri müəyyən etmək, aidiyyəti tərəflərlə paylaşmaq və qazma heyətinə qabaqlayıcı tədbirlər üzrə tövsiyələr vermək.
  • Qaz karotajı, kabel karotajı və LWD (Logging While Drilling) məlumatları və xidmətlərinin keyfiyyətinə nəzarət etmək
  • Kəmər endirmə dərinliyi, karotaj proqramları, son dərinlik (TD), kern götürülməsi və digər əsas əməliyyat qərarlarının qəbuluna dəstək göstərmək
  • Geoloji, geofiziki və əməliyyat məlumatlarını inteqrasiya etmək, operativ interpretasiya aparmaq və texniki tövsiyələr hazırlamaq
  • Qazma və Subsurface komandaları ilə sıx əməkdaşlıq və koordinasiya aparmaq
  • “Lessons Learned” məlumatlarının toplanmasını təmin etmək və əldə olunan təcrübələrin planlaşdırma mərhələsinə inteqrasiyasına dəstək göstərmək

Xüsusi tələblər

  • Geologiya və ya digər uyğun yer elmləri sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Neft-qaz sənayesində sahə qazma geoloqu kimi minimum 3 il iş təcrübəsi
  • Quyu planlaşdırılması, PPFG, quyu dizaynı və kəmər strategiyaları üzrə biliklər
  • Quyuların real vaxt rejimində monitorinqi, geoloji korrelyasiya və interpretasiya üzrə praktiki təcrübə
  • Qaz karotajı prinsipləri üzrə güclü nəzəri və praktiki biliklər
  • LWD və kabel karotaj əməliyyatları üzrə təcrübə və məlumatların interpretasiyası bacarığı
  • Geoloji, geofiziki, qazma və tamamlanma məlumatlarının təhlili üzrə biliklər
  • Petrel, Techlog və digər geoloji proqram təminatları ilə işləmə bacarığı
  • Geoloji modellərlə işləmək və nəticələri əməliyyat qərarlarına inteqrasiya etmək bacarığı
  • Analitik düşünmə və mürəkkəb texniki problemlərin həlli bacarığı
  • Azərbaycan dilində sərbəst, ingilis dilində işgüzar səviyyədə bilik; rus dili biliyi üstünlük hesab olunur
  • Güclü kommunikasiya və təqdimat bacarıqları
  • Çoxdisiplinli komandalarla effektiv əməkdaşlıq bacarığı


Üstünlük verilən bilik və təcrübələr:

  • Horizontal və istiqamətləndirilmiş quyuların qazılması üzrə təcrübə
  • Geosteering və real vaxt geoloji interpretasiya üzrə təcrübə
  • Offshore qazma əməliyyatlarında iş təcrübəsi
  • Beynəlxalq neft-qaz layihələrində iştirak təcrübəsi

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız