Mülki müdafiə və yanğından mühafizə üzrə mütəxəssis / Qeyri-filiz yataqlarının istismarı idarəsi (SƏTƏM)

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • SƏTƏM siyasət və prosedurlarının idarə olunması: Müvafiq qanunvericiliyə uyğun olaraq sağlamlıq, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə prosedurlarının hazırlanmasında, yenilənməsində iştirak etmək .
  • Audit və təftişlərin icrası: Layihədə istifadə olunan qurğuların, avadanlıqların və proseslərin yanğın təhlükəsizliyi üzrə müntəzəm audit və təftişlərini həyata keçirmək, nəticələri sənədləşdirmək və tənzimləyici tədbirlərin icrasına nəzarət etmək.
  • Uyğunsuzluqların idarə olunması: Sahə üzrə aparılan müşahidə, yoxlama və auditlər zamanı aşkar edilən yanğın mülki müdafiə və yanğın təhlükəsizliyi üzrə uyğunsuzluqları müəyyən etmək, onların risk səviyyəsinə uyğun qiymətləndirilməsini təmin etmək, aradan qaldırılması üçün müvafiq təkliflərin hazırlanmasını və aidiyyəti şəxslərə çatdırılmasını təşkil etmək, həmçinin onların yerinə yetirilməsinə nəzarət etmək.
  • Təlim və səriştələrin idarə olunması: İşçilər, podratçılar və digər əlaqəli tərəflər üçün giriş təlimatlarının keçirilməsini təşkil etmək, təlim materiallarının hazırlanmasına dəstək vermək, işçilərin biliklərinin yoxlanılması prosesinində iştirak etmək, həmçinin struktur bölmələr tərəfindən həyata keçirilən ilkin, təkrar və plandankənar təlimatlara nəzarət etmək.
  • Hadisələrin araşdırılması və idarə olunması: insidentlərin və digər qəza hallarının araşdırılmasında iştirak etmək, nəticələri sənədləşdirmək həmçinin tənzimləyici və qabaqlayıcı tədbirlər barədə təkliflər vermək.
  • Uyğunluğun və qanunvericiliyin monitorinqi: Mülki müdafiə və yanğından mühafizə üzrə qüvvədə olan qanunvericilik və daxili normativ tələblərə uyğunluğu yoxlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması barədə təkliflər vermək.
  • Monitorinq, sənədləşdirmə və hesabatlılıq: MM və YM üzrə göstəricilərinin monitorinqini həyata keçirmək, sənədlərin aktuallığını təmin etmək və gündəlik, aylıq və illik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək.
  • Fövqəladə halların idarə olunması: Fövqəladə hallara cavab planlarının, qəzaların ləğvi planlarının, yanğın təhlükəsizliyi üzrə təlimatın, qəza vəziyyətlərinin qarşısının alınması və qəzaların nəzticələrinin aradan qaldırılması prosedurunun və bu sahədə tənzimləyici sənədlərin hazırlanmasında iştirak etmək və onların effektiv tətbiqini təmin etmək.
  • Kommunikasiya və məlumatların idarə olunması: Əməliyat komandaları, podratçılar və digər tərəflərlə SƏTƏM üzrə (MM və YM üzrə ) effektiv kommunikasiya qurmaq, məlumatların toplanmasını, təhlilini və ötürülməsini təmin etmək.
  • Risk və təhlükəli amillərin idarə olunması: İş yerlərində fövqəladə hadisələr proqnozlaşdırılması üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasında iştirak etmək.
  • Podratçı və təchizatçıların idarə olunması: Podratçı və təchizatçıların MM və YM üzrə tələblərə uyğun fəaliyyət göstərməsini qiymətləndirmək, bu məqsədlə audit və yoxlamalar həyata keçirmək və uyğunluğun davamlı olaraq təmin edilməsinə nəzarət etmək.
  • Sifariş və büdcə proseslərinə dəstək: Layihə üzrə MM və YM üzrə sifarişlərinin hazırlanması, izlənməsi və müvafiq hesabatların tərtib olunmasında iştirak etmək.
  • MM və YM üzrə hesabatlarının hazırlanması: MM və YM üzrə fəaliyyəti üzrə gündəlik, həftəlik, aylıq , rüblük və illik hesabatların hazırlanmasını təmin etmək, auditlər, yoxlamalar, insidentlər, risk qiymətləndirmələri, təlimlər və digər SƏTƏM göstəricilərinə dair məlumatları təhlil etmək.

Xüsusi tələblər

  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində (ən azı oxuma və hesabat səviyyəsində) biliklərinin olması arzuolunandır;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Yanğın təhlükəsizliyi, Mülki müdafiə, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər sənədlər üzrə bilikləri olmalıdır;
  • Yanğın təhlükəsizliyi Qaydaları, normaları, tikinti norma və qaydaları üzrə yanğın təhlükəsizliyi tələbləri üzrə bilikləri olmalıdır;
  • ISO 45001 - 2018 Beynəlxalq Standartlarının tələbləri üzrə biliklər;
  • NEBOSH və ya NVQ4 ekvivalent beynəlxalq sertifikatlara malik namizədlərə əhəmiyyətli dərəcədə üstünlük verilir;
  • Tətbiq olunan Yanğın təhülkəsizliyi qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış;
  • SƏTƏM idarəetmə proqram və alətlərindən istifadə bacarığı.
  • Müvafiq sahədə minimum bakalavr dərəcəsi
  • Minimum 5 illik müvafiq MM və ya Yanğın mühafizə üzrə iş təcrübəsi

Oxşar vakansiyalar

 
  • Bakı

  • 700 AZN dən

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 600 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 1500 AZN dən

Telegram kanalımız