Maliyyə İdarəsinin rəisi

Bakı

Göygöl Şərab Zavodu ASC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Maliyyə və digər resurslardan qənaətlə istifadə edilməsinə nəzarət;
  • İllik, aylıq büdcənin hazırlanmasını təşkil etmək;
  • Büdcə ilə faktiki göstəricilərin təhlil edilməsi;
  • Statistika, Vergi hesabatlarının (Mənfəət, ÖMV, ƏDV,Əmlak, DSMF və s) təqdim edilməsi;
  • Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət edilməsi;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsini təşkil edilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
  • Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət edilməsi;
  • Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə nəzarəti təmin edir;
  • Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasına və təhlilinə rəhbərlik edir;
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir;
  • Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin edir
  • Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir;
  • Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır;
  • Maliyyə idarəsinin fəaliyyətini tənzimləyən qayda və prosedurların hazırlanmasını təmin edir.

Xüsusi tələblər

  • Tələb olunan vəzifə üzrə minimum 5 (beş) il iş təcrübəsi;
İş şəraiti: 
  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız