Qazma ustası

Bakı, Siyəzən

SOCAR

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Boruların və baltaların istismara hazırlanması (baltanın şlamdan təmizlənməsi, ştutserlərin dəyişdirilməsi, şaroşkaların yoxlanılması, boruların yivlərinin yoxlanılması və yağlanması, qəliblənməsi) işinə nəzarət edilməsi 
  • Monifold xətlərində sınaq işlərinin aparılmasına nəzarət edilməsi 
  • Qazma komponovkasının aşağı hissəsinin yığılması işinə nəzarət edilməsi 
  • Baltanın və boruların burazlara bağlanması və kranla qaldırılmasına nəzarət 
  • Hidravlik maşın açarları vasitəsilə qazma borularının bağlanmasına nəzarət 
  • Qazma komponovkasının Topdrive qazma avadanlığına bağlanmasına nəzarət 
  • Qazma məhlulunun hazırlanması 
  • Təlimata əsasən məhlul komponentlərinin çənə və ya xəttə əlavə edilməsi və siyirtmələrin açılıbbağlanmasına nəzarət 
  • Çənlərdə məhlulun səviyyəsinə, dövretdirən və qarışdıran avadanlıqlarının işləkliyinə nəzarət 
  • Məhlulun dövretməsi zamanı parametrlərinə, təzyiqə və giriş-çıxış fərqinə nəzarət edilməsi 
  • Qazma prosesi zamanı məhlulun giriş-çıxış xətlərində təzyiq fərqi olduqda xətlərdə, avadanlıqlarda və komponovkada yaranan nasazlıqların aradan qaldırılmasının təmin edilməsi 
  • Xətlərdə və ya nasoslarda yaranan nasazlıqların aradan qaldırılması üçün məlumatın verilməsi - Qazma borularının dəyişdirilməsi, keçiricilərin dəyişdirilməsi, baltanın ştutserinin dəyişdirilməsi, quyudibi mühərrikin dəyişdirilməsi 
  • Məhlulun xüsusi çəkisinin uyğunluğunun yoxlanılması 
  • Geoloji texniki naryada uyğun baltaya ox boyu yük verməklə optimal qazma rejiminin seçilməsinə nəzarət edilməsi 
  • Reglamentə uyğun 48 saatdan bir komponovkanın qaldırılması və keçid qabiliyyətinə nəzarət edilərək quyu lüləsinin qəliblənməsinin təmin edilməsi 
  • Qazma prosesinin həyata keçirilməsi üçün şamların daraqdan götürülərək kompanovkaya əlavə edilməsi işlərinə nəzarət edilməsi
  • Qazma prosesinin geoloji texniki naryada uyğun həyata keçirilməsinə nəzarət edilməsi 
  • Qazılmış quyunun yuyulması prosesinə nəzarət edilməsi 
  • Qazma alətinin 3-5 dəqiqədən bir qaldırıb endirilməsi və məhlulun təzyiqinə nəzarət edilməsinin təmin edilməsi 
  • Quyudan çıxan qazma şlamlarının miqdarının ölçülməsi, nümunələrin götürülməsi, təmizlənməsi və geoloqa təhvil verilməsinin təmin edilməsi 
  • Kəmərin endirilməsinə hazırlıq işlərinə nəzarət edilməsi 
  • Endiriləcək kəmərlərin qəliblənməsi işinə nəzarət edilməsi 
  • Endiriləcək kəmərin aşağı hissəsinə başmağın bağlanmasına nəzarət edilməsi 
  • Rotor stolunun kəmərin diametrinə uyğunlaşdırılmasına nəzarət edilməsi 
  • Alətin quyu ağzına qaldırılması və quyunu məhlulla tam doldurduqdan sonra məhlul nasosunun işinin dayandırılmasına nəzarət edilməsi
  • Geofiziki ölçü işlərinin nəticəsinə əsasən genişləndirilməyə ehtiyacı olan quyularda genişləndirilmə işlərinin aparılmasına nəzarət edilməsi 
  • Kəmərin endirilməsi işlərinə nəzarət edilməsi 
  • Qaldırıcı kran vasitəsilə kəmərin qaldırılması, elevatora bağlanaraq rotor masasına istiqamətləndirilməsi və qazma pazları ilə sıxılması işlərinə nəzarət edilməsi 
  • Hər 100 metrdən bir məhlulla doldurmaq şərti ilə quyu dibinə çatana qədər kəmərlərin bağlanaraq endirilməsi işlərinə nəzarət edilməsi
  • Quyu dibinə çatdıqda kəmər arxasının məhlulla yuyulması işlərinə nəzarət edilməsi 
  • Tamponaj bölümünün əməkdaşlarının göstərişlərinə əsasən reagentlərin suya əlavə edilməsinə nəzarət edilməsi 
  • Sementin boru arxası səviyyəsinin qaldırılması üçün məhlul nasoslarının işə salınması və dayandırılması işinə nəzarət edilməsi 
  • Sementlənmə zamanı nümunələrinin götürülməsi, xüsusi çəkisinin ölçülməsi işlərinə nəzarət edilməsi 
  • Sement məhlulu bərkidikdən sonra qazma komponovkasının sementləmə tıxacına qədər endirilməsi və kəmərin yuyulması işlərinə nəzarət edilməsi 
  • İş planına uyğun kəmərdə müvafiq təzyiqin yaradılması və saxlanması işinə nəzarət edilməsi 6.Təzyiqdə azalma aşkar edildikdə avadanlıqlara baxışın keçirilməsi və nasazlıqların aradan qaldırılmasının təmin edilməsi 
  • Kəmərdə sızma baş verdikdə sızma yerinin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində işlərin aparılmasının təmin edilməsi
  • İşçilərin texniki təhlükəsizliyə dair təlimatlandırılması 
  • Gündəlik görülən işlərə dair hesabatların və kartoqrammanın hazırlanması 
  • Avadanlıqların və materialların sınaqlarında iştirak etmək 
  • İş yerlərinin təmizliyinin təmin edilməsi 

Oxşar vakansiyalar

Telegram kanalımız