Avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik

Bakı, Qaradağ

SOCAR

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Avadanlıq və mexanizmlərin istismarı və görüləcək işlə bağlı işçilərin təlimatlandırılması 
  • Mexaniki avadanlıqların zahiri baxışının keçirilməsinə nəzarət edilməsi 
  • Yüksəktəzyiqli xətlərin siyirtmələrinə baxışın keçirilməsinə nəzarət edilməsi 
  • Qazma nasoslarının yağ səviyyəsinə nəzarət edilməsi 
  • Qazma nasoslarının soyutma sisteminin yoxlanılmasına nəzarət edilməsi 
  • Sement tutumlarında sementin qarışdırılmasına nəzarət edilməsi 
  • Mexaniki avadanlıqların planlı texniki baxış və planlı təmir qrafiklərinin izlənməsi 
  • Mexaniki avadanlıqların əsaslı təmirlərinin sifariş edilməsi 
  • Avadanlıq və mexanizmlərin sınağının təşkil edilməsi 
  • Sementləmə sisteminin hava xəttinin sınağının təşkil edilməsi 
  • Manifold xəttinin sınağının təşkil edilməsi - Kranların sınağının təşkil edilməsi 
  • Hidravlik telferin (25 tonluq, quyu ağzı avadanlığın qaldırılması üçün) sınağının təşkil edilməsi 
  • Qazma nasoslarının texniki baxış və qulluğuna rəhbərlik edilməsi 
  • Mərkəzdənqaçma nasoslarının texniki baxış və qulluğuna rəhbərlik edilməsi 
  • Qaldırıcı telfer qurğularının texniki baxış və qulluğuna rəhbərlik edilməsi 
  • Bucurqad mexanizminin texniki baxış və qulluğuna rəhbərlik edilməsi 
  • Buruq qülləsinin zahiri baxışın icrasına rəhbərlik edilməsi 
  • Məhlul qarışdırıcılara texniki baxış və qulluğuna rəhbərlik edilməsi 
  • Hidravlik stansiyanın texniki baxış və qulluğuna rəhbərlik edilməsi 
  • Avadanlıqlarda və mexanizmlərdə olan nasazlıq səbəblərinin araşdırılması 
  • Daxili imkanlar hesabına təmiri mümkün olmayan hallarda rəhbərliyə məlumat verilməsi 
  • Görülmüş işlər jurnalında müvafiq qeydlərin edilməsi 
  • Materiallar, sürtgü yağları və ehtiyat hissələrinin sərfi ilə bağlı uçotun aparılması 
  • Qazma nasoslarının təmir işlərinə rəhbərlik edilməsi 
  • Telfer qurğularının təmir işlərinə rəhbərlik edilməsi 
  • Bucurqad mexanizminin işlərinə rəhbərlik edilməsi 
  • Pnevmatik bucurqad mexanizminin işlərinə rəhbərlik edilməsi 
  • Buruğun təmir işlərinə rəhbərlik edilməsi 
  • Mərkəzdənqaçma nasoslarının təmir işlərinə rəhbərlik edilməsi 
  • Sentrifuqanın və ələyin təmir işlərinə rəhbərlik edilməsi 
  • Məhlul qarışdırıcıların təmir işlərinə rəhbərlik edilməsi Sement tutumlarının təmir işlərinə rəhbərlik edilməsi 
  • Hidravlik stansiyanın təmir işlərinə rəhbərlik edilməsi 
  • Quyuağzı avadanlığın təmiri üçün nəzərdə tutulan bucurqadların təmir işlərinə rəhbərlik edilməsi Siyirtmələrin dəyişdirilməsi və ya təmir edilməsinə rəhbərlik edilməsi 
  • Preventor plaşkilərinin dəyişdirilməsində iştirak edilməsi 
  • Atqı xəttinin kipliyə yoxlanmasında iştirak edilməsi 
  • Atqı xəttinin siyirtmələrinin təmir edilməsinə nəzarət edilməsi 
  • Tənzimləyici blokun ventillərinin təmir edilməsi və kipliyə yoxlanmasına nəzarət edilməsi 
  • Qazma avadanlıqlarının xəbərdaredici təmir plan qrafiki üzrə görülən işlərin uçotunun aparılması Qazma qurğusunun tərkibinə daxil olan avadanlıqlarda istifadə olunan sürtgü yağlarının markaları, miqdarı və dəyişmə qrafiki üzrə görülən işlərin uçotunun aparılması
  • "Gündəlik görülən işlər" jurnalında qeydlərin aparılması
  •  "Avadanlıqların yağlanması" jurnalında qeydlərin aparılması 
  • "Qüllə - Preventor" jurnalında qeydlərin aparılması 
  • Aylıq istifadə olunan materiallar, sürtgü yağları və ehtiyat hissələri ilə bağlı məlumatların aidiyyəti üzrə təqdim edilməsi 
  • Avadanlığın texniki pasportlarının, ehtiyat hissələrinə tələblərin və sair texniki sənədlərin tərtibində iştirak edilməsi 
  • Yeni avadanlıq və qurğuların quraşdırılmasında iştirak edilməsi 
  • İş yerlərinin attestasiyasında iştirak edilməsi 
  • Az effektli avadanlıqların modernizasiyası və ya daha məhsuldarları ilə əvəzlənməsi istiqamətində təkliflərin hazırlanması 
  • Ağır əl əməyi tələb edən işlərin mexanikləşdirilməsi istiqamətində təkliflərin verilməsi 
  • Avadanlıqların iş vaxtının uçotunun aparılması, yararsız avadanlıqların silinməsi üçün təkliflərin verilməsi 
  • Avadanlıq və mexanizmlərin mütərəqqi təmir üsullarının işlənməsi 
  • Avadanlıqların xidmət müddətlərinin artırılması və boşdayanmaların azaldılması istiqamətində tədbirlərin işlənməsi 
  • İstehsalat travmalarının qarşısının alınması və peşə xəstəliklərinə səbəb olan amillərin təsirlərinin minimuma endirilməsi istiqamətində təkliflərin
  •  İşçi heyətin işinin idarə edilməsi 

Xüsusi tələblər

  • Təhsil pilləsi Ali bakalavr / Müvafiq sahə üzrə
  • Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi tələb olunur

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 AZN dən

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Xankəndi

  • Razılaşma yolu ilə

Telegram kanalımız