Plastik Kartlarla Əməliyyat üzrə Mütəxəssis

Bakı

Yelobank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Front ofisə plastik kartlar üzrə əməliyyatların aparılmasında yaranan çətinliklərin aradan qaldırmasına tam dəstək;
  • ABS-də plastik kartlara aid yaranan problemlərin təhlili və gələcəkdə bu problemlərin həll olunması üçün işlərin aparılması;
  • Bankomat qalıqlarının yoxlanılması, gündəlik məxaric və qalıqlar üzrə hesabatların hazırlanması və aidiyyatı strukturlara təqdim edilməsi;
  • Bankomatlarda qalan kartların uçotu, statusların yoxlanılması, müştərilərə təqdim edilməsi və emitent banklara göndərilməsi;
  • Bankomatlarda artıq aşkar olunmuş vəsaitlərin ərizə əsasında karta qaytarılması, ABS-də müxabirləşmələrinin verilməsi, prossesinq mərkəzinə müvafiq aktların göndərilməsi
  • PİN cəhdlərinin sıfırlanması;
  • Yeni PİN-ın təyin edilməsi üçün mövcud PİN-in prosessinq mərkəzində silinməsi;
  • Kart limitlərinin müştəri ərizəsi əsasında sazlanması;
  • Daxil olan müraciət əsasında kartların bloklaşdırılması və blokdan azad edilməsi;
  • Online sifariş olunan kartlarının müştəri hesabına bağlanması;
  • Kart bağlanmalarının təsdiqlənməsi;
  • Kart sifarişlərinin prosessing mərkəzinə yönləndirilməsi, formalaşmış faylların qəbulu, aktların hazırlanması və aidiyyəti strukturlara təqdim edilməsi;
  • Kart əməliyyatlarının keçirilməsində yaranan problemlərin araşdırılması və prossesinq mərkəzinə bununla bağlı sorğularının yönləndirilməsi;
  • Bankın daxili nizam-intizam qaydalarına və  etik davranış normalarına daim  riayət edir;
  • Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
  • Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur;
  • Bu Vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə Departament direktoruna məlumat verir.
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək

Xüsusi tələblər

  • Ali təhsil;
  • Xarici dil bilikləri Rus dili   
  • Microsoft office, bank və digər xüsusi proqramların istismarı;
  • Ödəniş kartlarının və bankomatlarının iş prinsipləri üzrə biliklər  

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız