Elektrik, elektronika və avtomatlaşdırma sistemlərinin layihələndirilməsi, quraşdırılması, montaj və demontaj işlərini təşkil etmək, yeni layihələrin və proses dəyişikliklərinin texniki tələblərə uyğun həyata keçirilməsini təmin etmək.
Müəssisədə istifadə olunan elektrik, elektronika, avtomatika və ölçü-nəzarət avadanlıqlarının etibarlı və fasiləsiz işləməsinə nəzarət etmək, onların test, təmir və profilaktik baxım planlarını hazırlamaq və icrasını təşkil etmək.
Avadanlıqların texniki sənədlərinin, kataloqlarının, sxemlərinin və ehtiyat hissə siyahılarının hazırlanmasını, qeydiyyatını, arxivləşdirilməsini və aktual saxlanılmasını təmin etmək.
Ehtiyat hissələrinin və texniki materialların ehtiyac planlamasını həyata keçirmək, minimum ehtiyat səviyyələrinə nəzarət etmək, sifariş proseslərini izləmək və onların səmərəli istifadəsi ilə bağlı təkliflər vermək.
Enerji səmərəliliyinin artırılması, istismar və təmir xərclərinin azaldılması, avadanlıqların xidmət müddətinin uzadılması məqsədilə texniki təhlillər aparmaq və təkmilləşdirmə layihələrində iştirak etmək.
Texniki cəhətdən müəssisədə istehsal edilə bilən ehtiyat hissələri və avadanlıqları müəyyənləşdirmək, elektrik və avtomatlaşdırma sistemlərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və tətbiqini təmin etmək.
Xüsusi tələblər
Ali təhsil (Elektrik mühəndisliyi, Elektroenergetika, Avtomatlaşdırma mühəndisliyi və ya uyğun texniki sahə üzrə)
Elektrik sistemləri, enerji təchizatı və sənaye avadanlıqlarının istismarı sahəsində minimum 2-3 il iş təcrübəsi.
Elektrik avadanlıqlarının quraşdırılması, istismarı, diaqnostikası və nasazlıqların aradan qaldırılması üzrə bilik və bacarıq.
Elektrik sxemlərini, layihələri və texniki çertyojları oxumaq və təhlil etmək bacarığı.
Elektrik ölçü cihazları ilə işləmək və ölçmə nəticələrini analiz etmək bacarığı.
MS Office proqramlarında işləmə bacarığı;
Texniki problemləri operativ təhlil etmək və həll yolları hazırlamaq bacarığı;
Komandada işləmək, məsuliyyətli olmaq və effektiv ünsiyyət qurmaq bacarığı;