Metal lövhə bükmə operatoru (Valçovka maşını)

Bakı

North West Construction

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Polad lövhələrin tələb olunan radius və texniki göstəricilərə uyğun formalaşdırılması üçün lövhə bükmə (plate rolling) avadanlıqlarını idarə etmək. 
  • Çertyojları, iş tapşırıqlarını və texniki spesifikasiyaları oxumaq və şərh etmək. 
  • İstehsal prosesi boyunca məhsulun ölçülərini, bucaqlarını və tolerantlıqlarını yoxlamaq. 
  • Tələblərə uyğunluğu təmin etmək üçün radiusu tənzimləmək və düzəlişlər etmək. 
  • Qaynaq üçün səthləri üyütmək və kənarları pah hazırlamaq. 
  • Son qaynaqdan əvvəl komponentləri nöqtəvi qaynaq (tack welding) ilə birləşdirmək. 
  • Forklift, körpülü kran (overhead crane) və lövhə bükmə avadanlığı da daxil olmaqla müxtəlif avadanlıqları təhlükəsiz şəkildə idarə etmək. 
  • Materialları və hazır məhsulları iş sahəsi daxilində daşımaq. 
  • Avadanlıqların gündəlik yoxlamasını və əsas texniki xidmətini həyata keçirmək. 
  • Təmiz, nizamlı və təhlükəsiz iş mühitini qorumaq. 
  • İstehsal planına dəstək vermək, lazım gəldikdə əlavə iş saatlarında və müxtəlif növbələrdə işləmək. 

Xüsusi tələblər

  • Minimum 5–6 il istehsalat təcrübəsi, üstünlük ağır metal konstruksiya (heavy fabrication) sahəsində. 
  • Çertyoj və texniki rəsmləri oxumaq bacarığı. 
  • Forklift və körpülü kran idarəetmə təcrübəsi və ya bu sahədə sertifikat almağa hazır olmaq. 
  • Əsas riyazi hesablamalar və ölçmə bacarıqları. 
  • Polad formalaşdırma, bükmə və ya üyütmə təcrübəsinə üstünlük verilir.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız