Satış təmsilçisi

Bakı

Modern Aqua MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Biz sadəcə satış meneceri axtarmırıq...

Biz müştərinin ehtiyacını dinləməyi bacaran, onun dilindən anlayan, etibar qazana bilən komanda yoldaşı axtarırıq.

Əgər sən:

  • İnsanlarla ünsiyyət qurmağı sevirsənsə;
  • Qarşındakı insanı dinləməyi bacarırsansa;
  • Problemlərə həll tapmaqdan zövq alırsansa;
  • Uğurunu öz nəticələrinlə ölçürsənsə;

o zaman bəlkə də axtardığımız namizəd sənsən.

Modern Aqua MMC Bakı şəhərində 19 litrlik içməli suyun satışı və çatdırılması sahəsində fəaliyyət göstərən dinamik şirkətdir və komandamızı genişləndiririk.

Sənin əsas missiyan:

  • Müştərilərə məhsul satmaq yox, onların ehtiyaclarına uyğun həll təqdim etməkdir.
  • Yeni müştərilərin cəlb olunması;
  • Müştərilərlə görüş və danışıqların aparılması;
  • Korporativ müştərilərlə əməkdaşlıqların qurulması;
  • Mövcud müştəri bazasının inkişaf etdirilməsi;
  • Satış hədəflərinin yerinə yetirilməsi.


Biz təklif edirik:

  • 500 - 900 AZN sabit əmək haqqı (Namizədin bilik və bacarıqlarına uyğun olaraq) + satışdan bonus;
  • Nəticəyə əsaslanan bonus sistemi;
  • Güclü komandanın bir hissəsi olmaq imkanı.


Bəziləri satışa iş kimi baxır.

  • Biz isə satışa insanlarla münasibət qurmaq sənəti kimi baxırıq.


Xüsusi tələblər


  • İnsanlarla ünsiyyət qurmaq və etibarlı münasibətlər formalaşdırmaq bacarığı;
  • İnsanlarla ünsiyyət qurmaq və etibarlı münasibətlər formalaşdırmaq bacarığı;
  • Müştərinin ehtiyacını düzgün müəyyənləşdirərək uyğun həll təklif etmək bacarığı;
  • Satış və danışıqlar aparmaq sahəsində təcrübə (üstünlük hesab olunur);
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (rus və ya ingilis dili biliyi üstünlükdür);
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü yanaşma;
  • Komandada işləmək və eyni zamanda müstəqil qərarlar qəbul etmək bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Daim öyrənməyə və peşəkar inkişaf etməyə həvəs.

Bizim üçün diplomdan daha vacib olan:

  • Ünsiyyət bacarığı;
  • Məsuliyyətlilik;
  • İnkişaf etmək istəyi;
  • Nəticə əldə etmək əzmi.


Əgər sən də bu düşüncədəsənsə, CV-ni bizə göndər.

[email protected]

+994 51 631 51 11

Modern Aqua MMC

Sağlamlıq damla-damla gəlir.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız