Texniki işlər sahə rəisi

Cəbrayıl

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İstehsalat/tikinti/quraşdırma işlərinin layihə sənədləri və texniki tələblərə uyğun icrasını təmin etmək;
  • Avadanlıqların quraşdırılması, montajı, sazlanması və texniki xidmətinə nəzarət etmək;
  • Texniki nasazlıqları araşdırmaq, aradan qaldırmaq və profilaktik tədbirlər planlaşdırmaq;
  • İşçi heyətinin gündəlik fəaliyyətini təşkil etmək və icraya nəzarət etmək;
  • İşlərin təsdiq olunmuş qrafikə uyğun həyata keçirilməsini təmin etmək;
  • Material və ehtiyat hissələrinə olan tələbatı müəyyənləşdirərək müvafiq təqdimatlar hazırlamaq;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Yeni əməkdaşların təlimatlandırılması və peşə hazırlığını təşkil etmək;

Xüsusi tələblər

  • Müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • İstehsalat, tikinti və ya quraşdırma sahəsində rəhbər vəzifədə iş təcrübəsi;
  • Texniki proseslərin planlaşdırılması və təşkilində praktiki biliklər;
  • Avadanlıqların quraşdırılması, istismarı və texniki xidmətinin təşkili üzrə təcrübə;
  • Layihə sənədlərini, texniki şərtləri və normativ tələbləri oxumaq və tətbiq etmək bacarığı;
  • Komanda idarəetməsi, qərarvermə və problem həll etmə bacarığı;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər;
  • MS Office proqramlarından istifadə bacarığı.
  • İş yeri: Cəbrayıl rayonu, istehsalat sahəsi.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız